Səna,ArabAZ

ABŞ hərbçiləri Yəmən ərazisində “Ənsar Allah” hərəkatının iki gəmi əleyhinə raketinə zərbə endirib.
ArabAZ xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” sosial şəbəkəsində məlumat yayıb.
Qeyd olunub ki, gəmi əleyhinə raketlər yük maşınlarına montaj edilib.
Bundan başqa, CENTCOM bildirib ki, husilərin Sinqapura məxsus “Propel Fortune” adlı quru yük gəmisi istiqamətində iki gəmi əleyhinə raket buraxıb, lakin raketlər hədəfə çatmayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version