QÜDS,ArabAZ

ABŞ çərşənbə günü New York Times qəzetinin İsrail ordusunun Qəzza müharibəsində fələstinli mülki şəxslərdən canlı qalxan kimi istifadə etməsi ilə bağlı hesabat dərc etməsindən sonra İsraili bu faktlara görə,məsuliyyət daşımağa çağırıb.
ArabAZ xəbər verir ki, Qəzzadakı beş şəhərdə ən azı 11 İsrail hərbi birləşməsinin fələstinli mülki vətəndaşları İsrail əsgərlərini hər hansı bir zərərdən qorumaq üçün partlayıcı maddələr axtarmaq və ya içəridən tunelləri araşdırmaq kimi tapşırıqları yerinə yetirməyə məcbur etdiyini faktı aşkarlanıb.

Dövlət Departamentinin sözçüsü Metyu Miller hesabatı “dərin narahatedici” adlandırıb. O, əlavə edib ki, “əgər hesabatda qeyd olunan faktlar doğrudursa, onlar tamamilə qəbuledilməzdir”.

 “İsrail ordusu mülki insanların canlı qalxan kimi istifadə edilməsinə heç bir bəraət qazandıra bilməz.Bu, təkcə beynəlxalq humanitar hüququn deyil, həm də İDF-nin davranış kodeksinin pozulması deməkdir” –deyə Miller qeyd edib.

Qeyd edək ki,  “The New York Times” qəzeti həmin vaxt 17 yaşında olan bir yeniyetməyə istinadən yazır ki, İsrail əsgərləri onu ailəsinin əlindən alıb, ona qarşı heç bir ittiham irəli sürmədən saxladıqları müddət ərzində əvvəl partlayıcıları axtarmaq üçün əlləri qandallı şəkildə təhlükəsli zonada getməyə məcbur ediblər. Birləşmiş Ştatlar İsrailin Qəzzaya bir ildir davam edən hücumu zamanı mülki şəxslərə qarşı davranışından dəfələrlə narahatlığını bildirib.

Prezident Co Baydenin İsrailə milyardlarla dollar dəyərində bir silah göndərişini dondurmasına baxmayaraq, bu cür bəyanatlar nadir hallarda nəticələrlə müşayiət olunurdu.
İsrail və Birləşmiş Ştatlar da dəfələrlə HƏMAS-ı Qəzza zolağında dinc əhalidən canlı qalxan kimi istifadə edərək onları təhlükə altına almaqda ittiham ediblər.

Share.

Şərhlər bağlıdır.

Exit mobile version