Bakı. ArabAZ

İraq-Səudiyyə Ərəbistanı sərhədində ABŞ silahlı qüvvələrinə məxsus hərbi texnika kolonlarının hərəkəti qeydə alınıb.

Məlumata görə, ABŞ ordusu bu ölkələrin sərhədində yerləşən “Arar” nəzarət-buraxılış məntəqəsinə çatıb.

Qeyd edilir ki, qoşunun köçürülməsi İranın İsrailə qarşı mümkün hücumu ilə bağlıdır.

Xatırladaq ki, HƏMAS hərəkatının Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin İranın paytaxtı Tehranda yerli vaxtla təxminən 02:00-da qaldığı yerə raket zərbəsi endirilməsi nəticəsində öldüyü bildirilir. HƏMAS rəsmi bəyanatında Siyasi Büro rəhbərinin ölümünü təsdiqləyərək, insidentdə İsraili günahlandırıb.

Share.
Cavab Yazın

Exit mobile version