8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Gündəm
Gündəm

Beynəlxalq ictimaiyyətin Qəzza ilə bağlı çağırışımıza cavab verməsini gözləyirik - Koca

2 Noyabr 2023 07:24
Beynəlxalq ictimaiyyətin Qəzza ilə bağlı çağırışımıza cavab verməsini gözləyirik - Koca

Bakı, AzerPress:

Beynəlxalq ictimaiyyətin və aidiyyəti qurumların Qəzza ilə bağlı çağırışımıza cavab verməsini və mümkün qədər tez tədbir görməsini gözləyirik.

AzerPress xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca açıqlama verib.

"Beynəlxalq ictimaiyyət xəstələrin bilə-bilə ölməsinə icazə verməklə onların həyatını xilas etmək arasında seçim etməlidir. Bütün xəbərdarlıqlarımıza və aidiyyatı qurumlara və beynəlxalq ictimaiyyətə çağırışlarımıza baxmayaraq Qəzzada fəaliyyət göstərən Türk-Fələstin Dostluq Xəstəxanası yanacağın tükənməsi və İsrailin davam edən hücumları nəticəsində dünən fəaliyyətini tamamilə dayandırmalı olub", - deyə o bildirib.

Nazir Koca onu da qeyd edib ki, Türkiyə Qəzzaya hər cür dəstəyi verməyə hazırdır.

"Resurs çatışmazlığı səbəbindən xəstəxanadan məcburi şəkildə evə buraxılan xərçəng xəstələrinin müalicəsinin davam etdirilməsində, Qəzzada ehtiyacı olan və tibbi cəhətdən uyğun hesab edilən digər uşaq və böyük reanimasiya xəstələrinin köçürülməsində Türkiyə olaraq hər cür dəstəyi verməyə hazırıq. Təəssüf ki, beynəlxalq ictimaiyyət və müvafiq qurumlar xəstəxanaya hücumların qarşısını almaq üçün kifayət qədər tədbir görməyib. İndi xəstələrin həyatını xilas etmək ən vacib vəzifədir", - deyə o əlavə edib.

Ləman Əsədli
Twitter: Lamanasadli01

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Məqalədə: #Qəzza #Fahrettin Koca #Türkiyə Səhiyyə Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.