5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

“Ərəb dövlətləri HƏMAS-ın ayaqda qalmasını istəmir” - Politoloq

2 Noyabr 2023 09:45
“Ərəb dövlətləri HƏMAS-ın ayaqda qalmasını istəmir” - Politoloq

Bakı, AzerPress:

"Vəziyyət çox gərgindir. Odur ki, heç bir görüş, hətta Yəmənin İsrailə savaş elan etməsi də durumu dəyişməyəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Rufiz Hafizoğlu İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahianın Dohada HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə ilə görüşünün başlanan münaqişəyə təsirini şərh edərkən deyib.
Analitik qeyd edib ki, ilk növbədə bu görüşün nədən Dohada keçirildiyinə fikir verməliyik:

"Məsələ ondadır ki, buna qədər HƏMAS lideri İsmayıl Haniyə İrana səfərlər edərək, bu ölkə rəsmilərilə görüşürdü. Amma bu dəfəki görüş Qətərdə baş tutub. Bu isə görüş təşəbbüsünün İrandan Qətərə keçməsinin göstəricisidir. Məsələ ondadır ki, İran-HƏMAS əlaqələri nə qədər açıq nümayiş etdirilsə də, Tehranla bu qruplaşma arasında ciddi ideoloji, siyasi fərqlər var. HƏMAS sünni qruplaşmadır, "Müsəlman qardaşları”na bağlı olan təşkilatdır. HƏMAS ona görə İran tərəfə meyl edib ki, vaxtilə ərəb dövlətləri onu dəstəkləməyib. Bu baxımdan da HƏMAS "düşmənimin düşməni mənim dostumdur” prinsipilə hərəkət edir”.

Ekspert hesab edir ki, İranın HƏMAS-la apardığı danışıqların qruplaşmanın İsraillə başladığı münaqişəni daha da alovlandırmayacaq:

"Yəmənin savaşa qoşulması da ciddi dəyişikliklərə səbəb olmayacaq. Yəmən İsrailə təsir edəcək gücə malik deyil. Bunu elan edənin Yəmən dövləti, yoxsa Husi qruplaşması olduğunu bilmək lazımdır. İsrail dövlət olaraq münaqişənin genişlənməsinin qarşısını ala bilərdi. HƏMAS həqəqətən də problemdir. Hətta ərəb dövlətləri üçün də problemdir. Ona görə də ərəb dövlətləri özləri belə HƏMAS-ın ayaqda qalmasını istəmir. Amma məsələ ondadır ki, məsələni dini müstəviyə çevirmək istəyən qüvvələr də var".
Qeyd edək ki, İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahian Dohada HƏMAS-ın siyasi bürosunun lideri İsmayıl Haniyə ilə görüşüb. Tərəflər Qəzzadakı vəziyyəti müzakirə ediblər.

Məqalədə: #Rufiz Hafizoğlu

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.