8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Gündəm
Gündəm

Günəşdən atılan plazma buludu rekord temperaturla Yerə çatıb

1 İyun 2025 17:30
Günəşdən atılan plazma buludu rekord temperaturla Yerə çatıb

BAKI, AzerVoice

Günəşdən atılan plazma buludu rekord temperaturla Yerə çatıb.

AzerVoice xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası və Heliogeofizika Laboratoriyası və Sibir Şöbəsi məlumat yayıb.

Məlumata görə, Yerin ətrafında mövcud olan bütün parametrlərdə güclü sıçrayış qeydə alınıb.

"Çox yüksək sıxlıq və temperatur müşahidə olunur. Əgər peyklərin göstəricilərinə inansaq, hazırda temperatur normalda təxminən 100 min dərəcə olmalı olduğu halda, 2 milyon dərəcədən yuxarıdır. Bu göstəricilərin müşahidə tarixində heç vaxt qeydə alınmadığı və ya tarixi maksimuma yaxın olduğu ehtimal edilir" — deyə, laboratoriyanın məlumatında bildirilib.

Qeyd edilib ki, plazma buludu Günəşdən Yerə rekord vaxtda — cəmi 30 saata, yəni əvvəlki proqnozdan təxminən bir sutka tez çatıb.

Alimlərin sözlərinə görə, hazırda baş verənləri tam anlamaq çətindir, çünki daxil olan məlumatlar bütün proqnoz və gözləntilərlə ziddiyyət təşkil edir.

"Ümid var ki, Yerlə toqquşan hissə nisbətən kiçik və fövqəladə sürətli plazma lifidir, hansısa səbəbdən qeyri-adi sürət və parametrlərə malik olub, əsas plazma kütləsi isə daha mülayim xüsusiyyətlərə malikdir və daha gec çatacaq" - deyə, mütəxəssislər vurğulayıblar.

Xatırladaq ki, ötən gün alimlər M8.2 sinifli Günəş partlayışı qeydə almışdılar. Bu partlayış bu il qeydə alınan ən böyük plazma kütləsi atışı ilə müşayiət olunmuşdu.

Məqalədə: #Yer #kosmos #Günəş #kosmos tədqiqatları 2025 #plazma buludu

Mövzu üzrə digər xəbərlər

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər
Cəmiyyət

Türkiyə, Gürcüstan və İraqdakı azərbaycanlı din xadimləri Azərbaycanda səfərdədirlər

7 Sentyabr 12:27
Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı
Biznes

Dubayda şirkət təsis etmək: Lisenziyadan kənar görünməyən maneələr və bank hesabı reallığı

7 Sentyabr 12:00
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib

6 Sentyabr 19:02
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)

6 Sentyabr 15:34

Son Xəbərlər

ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
ABŞ İrana qarşı iqtisadi təzyiq kampaniyasını davam etdirəcək
21:54
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
ABŞ-Səudiyyə müdafiə əlaqələri Rubio tərəfindən yüksək qiymətləndirilib
21:42
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
Qətər Fond Birjası və “Baladna” şirkəti kapital artımının uğurla tamamlandığını açıqlayıb
21:36
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
Əfqanıstan Səudiyyə şirkəti ilə 200 milyon dollarlıq neft-qaz müqaviləsi imzalayıb
21:32
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
Neft qiymətlərinin artması Kanada dollarına necə təsir edib?
21:25
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.