4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Baş xəbər Gündəm
Gündəm

Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib. DTX-nin yaydığı məlumatda Ramiz Mehdiyevin də səs yazıları yayılıb.

12 Fevral 2026 14:22
Ramiz Mehdiyevin səs yazısı yayıldı - Xarici xidmət orqanları ilə danışır
Bizi buradan izləyin və Bizə yazın

BAKI, AzerVoice

Xəbər verdiyimiz kimi, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən dövlət hakimiyyəti əleyhinə yönələn cinayət əməlləri ilə bağlı araşdırma tədbirləri həyata keçirilib.

AzerVoice xəbər verir ki, DTX-nin yaydığı məlumatda Ramiz Mehdiyevin də səs yazıları yayılıb.

Belə ki, Ramiz Mehdiyev rus dilində Azərbaycanda dövlət idarəçiliyi sisteminin yenidən qurulması ilə bağlı təklifi olduğunu bildirir.

Ramiz Mehdiyev 2025-ci ilin avqust-sentyabr aylarında dövlət hakimiyyəti əleyhinə gizli plan və fəaliyyət istiqamətlərini özündə ehtiva edən “Dövlət idarəetmə sisteminin yenidən qurulması haqqında təkliflər” başlığı altında müvafiq xarici dildə hazırladığı yazılı materialı köməkçisi Əmirov Eldar Qurban oğlu və digərləri vasitəsilə həmin sənəddə nəzərdə tutulan məsələlərin birgə razılaşdırılması məqsədilə 27 sentyabr 2025-ci il tarixində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Kərimli Əli Əmirhüseyn oğluya təqdim edib, 2025-ci ilin oktyabr ayının 3-də sözügedən yazının yekun redaktə olunmuş nüsxəsini qabaqcadan şəxsən əlaqə saxladığı xarici dövlətin xüsusi xidmət orqanlarının rəhbər vəzifəli şəxslərinə faktiki sahibi olduğu “Şərq-Qərb” ASC-nin əməkdaşları vasitəsilə göndərmiş, qeyd olunan göndəriş texniki olaraq fiksə edilib.

Bu əməlləri ilə Ramiz Mehdiyev dövlət hakimiyyətinin xarici xüsusi xidmət orqanlarının köməyi ilə ələ keçirilməsi və konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn hərəkətlər edib, xarici dövlətin nümayəndələrinə Azərbaycan Respublikasının dövlət təhlükəsizliyi maraqlarına zidd kömək etməklə dövlətə xəyanət edib.

Qeyd edilib ki, cinayət işi üzrə araşdırmalar davam etdirilir.

Həmin səs yazılarını təqdim edirik:

Məqalədə: #Azərbaycan DTX #ramiz mehdiyev

Mövzu üzrə digər xəbərlər

DTX kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb
Siyasət

DTX kibertəhqiqat istiqaməti fəaliyyətə başlayıb

4 İyun 15:17
AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yayıb
Cəmiyyət

AMEA Ramiz Mehdiyevlə bağlı açıqlama yayıb

25 Fevral 09:56
Saxlanılan icra başçısının həbs müddəti uzadıldı
Gündəm

Saxlanılan icra başçısının həbs müddəti uzadıldı

13 Fevral 14:58
Ramiz Mehdiyevin evindən görüntülər – Pullar belə aşkarlanıb
Gündəm

Ramiz Mehdiyevin evindən görüntülər – Pullar belə aşkarlanıb

12 Fevral 14:49

Son Xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.