6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Haniyənin qətli uğursuz ola bilərdi

İyulun 31-də HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda qətli uğursuz ola bilərdi , buna səsəb isə onun otağında olan kondisionerin işləməməsi səbəbindən başqa otağa keçməsi olacaqdı.

29 Dekabr 2024 19:30
Haniyənin qətli uğursuz ola bilərdi

Bakı, AzerVoice/ArabAz

İyulun 31-də HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Həniyənin Tehranda qətli uğursuz ola bilərdi , buna səsəb isə onun otağında olan kondisionerin işləməməsi səbəbindən başqa otağa keçməsi olacaqdı. Lakin son anda konidinsionerin işə düşməsi həyata keçiriləcək qətlin reallaçmasına şərait yaradıb.

Əməliyyatla bağlı yeni təfərrüatlar İsrailin müdafiə naziri İsrael Katsın arxasında Tel-Əvivin dayandığını təsdiqləməsindən bir neçə gün sonra ortaya çıxıb.

Haniyənin öldürülməsi ilə bağlı qərar oktyabrın 7-də HƏMAS-ın siyasi bürosunun rəhbərinin yüksək rütbəli kəşfiyyat rəsmiləri tərəfindən hazırlanan siyahının başına gətirildikdən qısa müddət sonra verilib. Lakin gecikməyə əsas səbəb uyğun vaxtın seçilməsi olub.

Haniyyə Qətərdə yaşayırdı. Lakin onun orada öldürülməsi Dohanın müharibə başlayandan bəri vasitəçilik etdiyi girov danışıqlarını təhlükə altına atardı. Buna görə də Haniyəni öldürmək üçün mümkün variantlar onun tez-tez getdiyi üç şəhər olan Türkiyə, Moskva və Tehran idi.

İsrail Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qəzəbli reaksiyasından qorxdu və həmçinin Rusiya prezidenti Vladimir Putini qəzəbləndirmək istəmədi ki, bu da İranı ən uyğun seçim etdi.

Qərarı asanlaşdıran o oldu ki, Haniyə Tehranın şimalında, Səadabad məhəlləsində, İran İnqilabı Keşikçiləri Korpusuna məxsus eyni qonaq evində dəfələrlə qalmışdı.Maraqlısı isə o idi ki , bu qonaq evi, İran İnqilabı Keşikçiləri Korpusuna bağlı şəxslər üçün ən yaxşı təhlükəsizlik qrupu tərəfindən qorunurdu. Əməliyyatı həyata keşirmək üçün isə, İnqilab Keşikçilərinin içinə və işinə nüfuz etmək lazım idi.

İsrailin ilk planı Haniyəni mayın 19-da helikopter qəzasında həlak olan İranın keçmiş prezidenti İbrahim Rəisinin dəfn mərasimində iştirak etmək üçün Tehrana səfəri zamanı öldürmək olub.Amma mülki əhalinin ölümünə səbəb olacağı qorxusu ilə əməliyyat təxirə salınıb.

Haniyənin İranın yeni prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etməsi üçün Therana getməsini İsrail iki aydan çox gözlədi.

Əslində İnauqurasiyadan bir gecə əvvəl əməliyyatın keçirilməsi təklifi var idi, lakin bu variant həm də Tehranı alçaltmaq istəyən İsrail üçün bir o qədər də maraqlı olmadı.

İnauqurasiya mərasimindən az əvvəl agentlər Haniyənin yatağının yanındakı otağına partlayıcı qurğu yerləşdiriblər.
Partlayışdan az əvvəl Haniyənin otağındakı kondisioner xarab oldu və o, kömək istəmək üçün otağını tərk edib. Onun otağa uzun müddər gəlməməsi, İsraili Haniyənin başqa otağa köçürüləcəyi fikrinə salıb və bu olsaydı bütün proses pozulacaqdı.

Bir müddət sonra kondisioner təmir olundu və Haniyə otağına qayıtdı. Təxminən saat 1:30-da partlayıcı qurğu işə salınaraq onun otağının xarici divarında deşik yaradıb və bütün İran İnqilabı Keşikçilər kompleksini silkələyib.

Saniyələr ərzində İran İnqilabı Keşikçiləri Korpusunun ilk yardım qrupu Haniyənin otağına gəlib və qısa müddət sonra onun ölümünü təsdiqləyiblər.

Əslində əməliyyat tək İsrail agentləri tərəfindən həyata keçirilə bilməyəcək qədər mürəkkəb olub. Hesab olunur ki, bu hadisədə istisnasız olaraq, İran İnqilabı Keşikçiləri Korpusunun və ya HƏMAS üzvlərinin rolu var.

İran İnqilabı Keşikçiləri Qvardiyasının Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani bombardmandan bir neçə saat sonra şəxsən İranın ali dini lideri Əli Xamneyiyə zəng edərək Haniyənin İsrailin raket hücumu nəticəsində öldürüldüyünü bildirib. Xamenei dərhal İsrailə cavab əmri verib.

Məqalədə: #İran #HƏMAS

Mövzu üzrə digər xəbərlər

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47
İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib
İran

İran dövlət mediası ABŞ-nin hədəfə aldığı neftdaşıyan gəmilərin heyətinin sahilə çıxarıldığını bildirib

5 Sentyabr 19:56
İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb
İran

İran Cənub Parsdakı dağıntıların tam təmizləndiyini açıqlayıb

5 Sentyabr 19:54

Son Xəbərlər

Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
Qətərdə məktəblərdə məcburi yoxlamalar başlayır - uşaqların inkişafı erkən yaşdan izlənəcək
14:53
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
Əl-Racihi Bank 600 milyon dollarlıq sosial sukuk emissiyasını tamamlayıb
14:23
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
Misirdə tanınmış televiziya aparıcısı və prodüseru Sara Xəlifəyə edam hökmü çıxarılıb
13:56
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
BƏƏ-də viza qaydaları - Ölkəni tərk etmədən vizanın növünü necə dəyişmək olar?
13:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.