6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Nələr olur bu dünyada??

Müəllif, həmçinin Qəzza və Ukrayna məsələlərinə toxunaraq, beynəlxalq sistemin fərqli bölgələrə olan münasibətini və qlobal kapitalist sistemin təsirlərini müzakirə edir.

23 Fevral 2025 17:15
Nələr olur bu dünyada??

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Hə, əziz oxucu. Salamlayıram səni. Yenə də bilgisayarı açıb Allah deyib nə isə yazmağa qərar verdim. Sağ olsun Rufiz abim də. Mən yazıram, o da Allahın izni ilə nəşr edir öz qəzetində. Digər saytlara, media orqanlarına da arada-sırada yazılar verirəm. Amma burada özümü evimdə hiss edirəm. Ona görə tövsiyə edirəm ki, bu saytdan məni daha çox oxuyun. Burada mən daha çox mənəm. Nələr olur bu dünyada??

Çox şey. Hakimiyyətə Amerikada Tramp gəlibdir. İndiyə qədər öyrəşdiyimiz bir dillə danışmır. Ona deyir ki, sən yaxşı oğlan deyilsən, buna deyir ki, sənə o qədər yaxşılıq etmişik. Min illik torpaqlarından Fələstin xalqını sürgün edəcəyini, Ukraynanın sərvətlərini əlindən alacağını deyir. Birincini ayrıca yazacam, amma ikincini bu və ya digər şəkildə edəcək, Allah bilir ən doğrusunu. Onsuz da bu Ukrayna savaşı başlayanda mən yazmaqdan, özümü lezvalamaqdan bezmişdim ki, axırda Ukraynanın sərvətləri Amerikanın olacaqdır. Bu və ya digər şəkildə. Bayaq da öz YouTube kanalımda bir video çəkdim ki, nə qədər ki, dünyada ancaq kapitalist sistem vardır, dünyada aparıcı ABŞ və Britaniya olacaqdır. Niyə? Çünki dünya maliyyə istehsal kapitalistlərinin transmilli qurumları tərəfindən idarə edilir. Onların da iki mərkəzi vardır. Bunun biri New York City, ikincisi də London City. Bir də bir şey deyim, siz nə qədər daha yaxşı yaşamaq istəsəniz, yəni, daha lüks yaşamaq istəsəniz, Amerikadan asılılığınız artacaqdır. Hətta belə bir fikir səsləndirdim ki, sonucda dünya iqtisadiyyatına daha az inteqrasiya olunan ölkələr Amerikadan daha az asılı olacaqlar.

İndi sual doğa bilər ki, bəs dünya sistemi daxilində Amerika niyə Rusiya ilə hesablaşmaq məcburiyyətində qalır? Çünki Rusiya slavyan və türk davranış irsi əsasında hərəkət fəlsəfəsinə malikdir. Qəribə səslənsə də. Ruslarda dövlət ərkanına bir zaman boyarlar deyərdilər, yəni boyun ərləri. Ruslar uzun müddət türklər kimi geyindi. Amma türklərdə olmayan bir şey onları daha geniş ərazilərdə sabit, stabil hökmranlığa gətirib çıxardı. O da vikinqlərdən gələn, slavyan genetikasından qaynaqlanan aşırı səbir və dözümlülükdür. Amerikalılar bilir ki, uzağı ruslar görsə ki, vəziyyət pisdir, lap pisdir, əllərinə silah alacaqlar. Buna görə də ruslarla hesablaşırlar. Amma nə qədər hesablaşsalar da, Rusiya üçün bu dünya kapitalist sistemində dünya hökmranlığı yoxdur. Rusiyanın öz oyun arealı vardır: Avrasiya. Burada onlara dəymə, onlar üçün kifayətdir. Bir də ruslar təbiətlə həmahəng bir imperialist düşüncəyə malikdirlər. Çörək, ağac, süd, araq və sala bizdə varsa, deməli hər şey normaldır.

İndi gələk biz müsəlmanlara. Biz hansı durumdayıq? Biz sadələşdirilmiş həyata yox demişik və dünya iqtisadiyyatının məişət aspektinə çox inteqrasiya olunmuşuq. Az qismimiz istisna, lüks yaşamağı xoşlayırıq. Sadələşdirilmiş həyata keçid imperializmlə mübarizənin ən əsas yoludur, bunu dərk edə bilmirik. Bununla da müsəlman cəmiyyətləri siyasət yüklüdür. Çox danışırlar. Danışdıqları qədər də koladan asılıdırlar, danışdıqları qədər də özləri belə dərk etmədən başqaları üçün istehlak cəmiyyətləridir. Mən istənilən bir müsəlman ölkəsinin uğurlarına sevinirəm. Xüsusilə qardaş Türkiyənin. Amma bu gün biz müsəlmanların bir Türkiyə özünü aldatması vardır. Yenə deyirəm, var olsun Türkiyə. Lakin bir şeyi bilmək lazımdır ki, güc və qüvvət ancaq silahlanma sənayesində əldə edilən uğurlarla olmaz. İlk öncə düşüncəni özün istehsal etməlisən. Daha sonra elm tutumlu və sadələşdirilmiş həyat yaşamalısan. Bu gün Türkiyə orada yaşayan və ora gedərək nələrsə etmək istəyən (mən qarışıq) müsəlmanlardan idealizmi alır. Cahanşümul düşüncənin yerinə lokal bir düşüncə verir. Bir daha deyirəm ki, Türkiyəni sevirəm. Türkiyəni müdafiə etdiyim yazılarım, fikirlərim də ortadadır. Amma müsəlmanlara bir sözüm vardır: Türkiyə sizin gözlədiyiniz “Mehdi” misalı deyildir. Nə qədər acı olsa da, bunu sizə deyəcəm. Bəs başqa böyük müsəlman dövlətləri və ölkələri? Onlar da eynilə.

İndi qayıdıram bir başqa məsələyə. Öncə dediyim.

Məlumunuz, Tramp Qəzzadan fələstinliləri köçürmək istəyir. Nə üçün? Bayaq bir prinsip demişdim. Qəzza bu dünyanın beynəlxalq sistemə ən az inteqrasiya olmuş yerlərindəndir. Ona görə də beynəlxalq hüquq düşüncəsinin köhnəsinin də, təzəsinin də boğazında ilişib qalmış sümük kimidir. Ukrayna belə deyildir. Ukraynanın bir dərdi vardı. Həmin o dünyaya inteqrasiya olunmaq. Ona görə nə qədər nazlansa da, az da olsa, çox da olsa, öz sərvətlərini verəcəkdir. Qəzza ilə Ukraynanın dərdləri fərqlidir.

Bir də dəyərli oxucular, bunu məncə bir yerə yazaq: Yaxşı yaşamaq heç də aşırı zənginliyə malik olmaq deyildir. Əlində olandan həzz alıb, əlində olana əsir olmamaqdır.

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.