6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Elmilik və Ümmətin Dirilişi

Müsəlman dünyasında parçalanmanın səbəblərini doğru təhlil etmək üçün elmiliyə əsaslanmaq və konkret sahələr üzrə araşdırmalar aparmaq vacibdir.

25 Mart 2025 15:11
Elmilik və Ümmətin Dirilişi

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Bir çox məsələlərin həqiqi şəkildə həll edilməsi, onların araşdırılması zamanı elmilik prinsiplərinə əməl olunması ilə bağlıdır. Bizim ümmət olaraq ən çox axsayan cəhətlərimizdən biri də məhz elmiliyin olmamasıdır. Problemlərə yanaşmada emosional çıxışlar, şüarçılıq və populizm tez-tez üstünlük təşkil edir. Halbuki həqiqi inkişaf və dirçəliş yalnız elmi yanaşma, təhlil və dərin düşüncə ilə mümkündür.

Biz ümməti populizmdən çıxarıb elmiliyə yönəltməliyik. Bunun üçün isə:

1.Problemlərin elmi öyrənilməsinə,
2.Onlara konkret və metodoloji yanaşmaların tətbiq olunmasına,
3.Reallıq və tarixi kontekstdən çıxış edərək həll yolları tapılmasına ehtiyac var.


Məsələn, müsəlmanlar arasındakı parçalanma məsələsini araşdıraq.
Problemin Doğru Müəyyən Edilməsi
Müsəlman dünyasında parçalanma haqqında danışarkən, çox zaman ümumiləşmiş və konkretlikdən uzaq cavablar eşidirik:

•“Qurandan ayrı düşdük.”
•“Sünnədən uzaqlaşdıq.”
•“Birliyimiz yoxdur.”

•“Xarici qüvvələr bizi parçaladı.”
Bu fikirlər müəyyən mənada doğru olsa da, yetərli deyil və problemləri həll etməyə kömək etmir. Çünki bu cür yanaşmalar məsələni konkretləşdirmir və çıxış yolu göstərmir. Elmilik tələb edir ki, problemi daha dəqiq təyin edək.

1. Hər şeydən öncə, hansı parçalanmadan danışırıq?
Parçalanma dedikdə, hansı aspekt nəzərdə tutulur? Çünki parçalanma müxtəlif sahələrdə özünü göstərə bilər:
•Etiqadi parçalanma – Fərqli məzhəblər və islami cərəyanlar arasında fikir ayrılıqları.
•İctimai parçalanma – Müsəlman cəmiyyətlərində sosial təbəqələşmə və birlik çatışmazlığı.
•Siyasi parçalanma – Müsəlman dövlətlərinin öz aralarında ixtilaflı mövqe tutması və bir-biri ilə münaqişədə olması.
•Mədəni parçalanma – Müxtəlif mədəniyyətlərin təsiri altında müsəlman kimliyinin fərqli istiqamətlərdə formalaşması.
Bunların hamısını "parçalanma" adı altında toplamaq mümkün olsa da, həll yollarını tapmaq üçün konkret sahəni ayırd etməliyik.


2. Parçalanmanın miqyasını müəyyən etməliyik
Söhbət bütün ümmət səviyyəsində bir parçalanmadan gedir, yoxsa müəyyən bir coğrafi bölgədə və ya zaman kəsiyində baş verən parçalanmadan?
Məsələn:
•Osmanlı imperiyasının süqutundan sonra müsəlman dünyasında baş verən siyasi parçalanma.
•XX əsrin ikinci yarısında Yaxın Şərqdə baş qaldıran məzhəb qarşıdurmaları.
•Müasir dövrdə müsəlman gənclərinin qərbləşmə və ya radikalizm arasında seçim qarşısında qalması.
Bu məsələləri konkret olaraq tədqiq etmədikcə, onların həlli üçün dəqiq yanaşmalar formalaşdırmaq mümkün deyil.

Problemin Dərin Təhlili: Səbəblər və Kontekst
Elmiliyin əsas prinsiplərindən biri də problemin səbəblərini müəyyən edib, onu tarixi və sosial kontekst daxilində təhlil etməkdir.
Müsəlman dünyasındakı parçalanmanı tədqiq edərkən, sadəcə "biz parçalanmışıq" demək kifayət etmir. Səbəbləri öyrənmək lazımdır:
•Tarixi səbəblər: Müsəlman dünyasında parçalanma prosesi nə vaxt və necə başlayıb? Bu parçalanma hansı tarixi hadisələrlə əlaqəlidir?
•Siyasi səbəblər: Müasir müsəlman dövlətləri niyə bir-biri ilə əməkdaşlıq etmir və ya bir-biri ilə düşmənçilik aparır?
•İqtisadi səbəblər: Müsəlman ölkələri arasında iqtisadi asılılıq və gücsüzlük parçalanmanı necə dərinləşdirir?
•Sosial səbəblər: Cəmiyyət daxilindəki ayrı-seçkilik və təbəqələşmə birliyi niyə sarsıdır?
•Dini və ideoloji səbəblər: Fərqli məzhəblərin bir-birinə münasibəti necə olub və niyə qarşıdurmalar yaranıb?

Bunlar təkcə nəzəri suallar deyil. Bu suallara dəqiq cavablar tapmadan problemin həlli üçün real addımlar atmaq mümkün deyil.


Elmilik Olmadan Həll Yolu Yoxdur
Əgər biz ümmətin problemlərini həqiqətən həll etmək istəyiriksə, elmiliyi əsas prinsip kimi qəbul etməliyik. Bu, aşağıdakı yollarla mümkündür:
1.Problemləri dəqiq müəyyən etmək – Abstrakt deyil, konkret şəkildə araşdırmaq.
2.Məsələləri statistik və tarixi məlumatlarla təhlil etmək – Hisslərə deyil, faktlara əsaslanmaq.
3.Duyğusallıqdan uzaq, analitik yanaşma tətbiq etmək – Həqiqəti söyləməkdən çəkinməmək.
4.Özümüzü tənqid etmək və yanlışlarımızı görmək – İslah üçün cəsarətli olmaq.
Elmilik olmadan, ümmətin dirilişindən danışmaq mümkün deyil. Əks halda, eyni səhvləri təkrarlamaqdan və şüarlar səsləndirməkdən başqa bir şey etmərik.

Məqalədə: #Təhlil #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
ArabAZ təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00

Son Xəbərlər

Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
Səudiyyə Ərəbistanında həddindən artıq otarılmaya qarşı çağırış edilib
10:45
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
Mərakeş mediası İspaniya polisinin Seuta ilə bağlı hesabatını tənqid edib
10:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.