5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

İsrailin Türkiyə qorxusu... VARMI?

3 Aprel 2025 12:57
İsrailin Türkiyə qorxusu... VARMI?

Bakı,AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Dünən İsrail Suriyanı bombaladı. Bu bombardman yenə də regionda geosiyasi güc balansına təsir edən hadisələrdən biri oldu. Maraqlıdır ki, bəzi media orqanları bunu “İsrailin Türkiyə qorxusu” ilə əlaqələndirir. Həqiqətən belə bir qorxu vardırmı? Əlbəttə ki, vardır. Nə üçün?

Türkiyə artıq təkcə regional deyil, eyni zamanda qlobal siyasətdə də təsir gücünü artıran bir ölkədir. Xüsusilə Yaxın Şərqdə ABŞ-ın müttəfiqi və tərəfdaşı kimi çıxış edir. Amma bu, Türkiyənin tamamilə ABŞ-ın maraqlarına uyğun hərəkət etdiyi anlamına gəlmir. Ankara müstəqil siyasət yürüdür və bu, bəzən Vaşinqton üçün çətinliklər yaradır. ABŞ isə Türkiyəni tam nəzarətə ala bilmədiyi üçün ona zaman-zaman müxtəlif yollarla təzyiq göstərir.

İsrailin son bombardmanını da məhz bu kontekstdə qiymətləndirmək lazımdır. ABŞ Suriyada bir sistem qurmaq istəyir. Bu sistemin bir hissəsi Türkiyənin, digər hissəsi isə İsrailin nəzarətində olmalıdır. Məqsəd budur ki, Türkiyə nəzarətində olan bölgələrdə radikal islamçı qruplaşmaların baş qaldırmasının qarşısını alsın. İsrail isə öz təhlükəsizliyini təmin etmək üçün Suriyanın müəyyən bölgələrini nəzarətdə saxlasın.

ABŞ Türkiyəni hansı məsələdə sıxışdırır?

Ancaq burada başqa bir məqam da var. ABŞ-ın hazırda regiondakı əsas prioritetlərindən biri İrana qarşı siyasətini gücləndirməkdir. Vaşinqton Türkiyənin bu məsələdə daha açıq şəkildə onun yanında yer almasını istəyir. Amma Ankara İranla münasibətlərini müəyyən tarazlıq çərçivəsində saxlayır və Tehrana qarşı açıq şəkildə cəbhə açmır. Burada İranla ticarət əlaqələri, enerji sahəsində əməkdaşlıq və regional maraqlar ön plana çıxır.

Ola bilsin ki, ABŞ hələ Türkiyəni İran məsələsində tam razı sala bilməyib. Ona görə də digər müttəfiqi olan İsrailin əli ilə Türkiyəyə təzyiq edir.

Əsas oyun budur – ABŞ İsrail vasitəsilə Türkiyəni sıxışdırır ki, ondan İranı bombalamaqla bağlı konkret mövqe alsın.

Bu oyunun necə davam edəcəyini isə qarşıdakı aylarda regionda baş verən hadisələr müəyyən edəcək.

Məqalədə: #AzerVoice #Təhlil #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?
VOA təhlil mərkəzi

Qadınlar niyə uşaq dünyaya gətirməkdən imtina edir?

17 May 23:59
Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək
Yaxın Şərq

Diqqət!...Səudiyyə bu şəxsləri deportasiya edəcək

17 May 18:12
The Whistlers – Cinayət dünyasının gizli musiqisi
Filmoskop

The Whistlers – Cinayət dünyasının gizli musiqisi

23 Mart 18:00
Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.