8 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

HƏMAS-ın taktikası - İsrailin “əbədi partizan müharibəsi” qorxusu

17 May 2024 09:25
HƏMAS-ın taktikası - İsrailin “əbədi partizan müharibəsi” qorxusu

Bakı,AzerVoice

Qəzza müharibəsindən yeddi ay sonra İsrail HƏMAS hərəkatını məğlub edə bilməməsindən qorxur və bu, əbədi davam edəcək partizan müharibəsinə gətirib çıxara bilər. AzerVoice xəbər verir ki. Bu haqda Amerikanın “The Wall Street Journal” qəzeti yazır.

Qəzetin yazdığına görə, HƏMAS tunellər şəbəkəsindən, yaraqlıların kiçik hücrələrindən və geniş ictimai təsirindən təkcə sağ qalmaq üçün deyil, həm də İsrail qüvvələri ilə mübarizə aparmaq üçün olduqca məharətlə istifadə edir.

Qəzet hazırda Cəbəliyyədə döyüşən 98-ci komando diviziyasının ehtiyatda olan İsrail əsgərinə istinadən yazıb ki, HƏMAS daha aqressiv hücum edir və hər gün evlərdə və İsrail hərbi maşınlarında sığınan əsgərlərə daha çox tank əleyhinə silahlardan atəş açılər.

Qəzetin yazdığına görə, HƏMAS 2006-cı ildə parlament seçkilərində qələbə çaldıqdan və Qəzza zolağına rəhbərlik etdikdən sonra partisan taktikasıyla döyüşən qüvvələri gücləndirmək üçün öz tunellərindən, yaraqlılarından və silah anbarlarından istifadə edib.

Vur-qaç taktikası... və tunellər

Qəzet qeyd edib ki, bu dəyişiklik qismən 1980-ci illərdə Fələstin intifadası zamanı İordan çayının qərb sahili və Qəzza zolağında İsrailin hərbi işğalına qarşı mübarizəni təşkil edən bir qrup olaraq HƏMAS-ın köklərinə qayıdışını əks etdirir.

Qəzzadakı təhlükəsizlik üzrə analitiklərin və şahidlərin qəzetə dediklərinə görə, hazırkı müharibədə bu, vur-qaç taktikasından istifadə etmək və daha kiçik silahlı qruplarda fəaliyyət göstərilir.

Qəzet izah etdi ki, tunel şəbəkəsi gözlənildiyindən daha genişdir. Daha İsrail bu  tunelləri  dəniz suyu və partlayıcı ilə partlatmağa cəhd etsə də bu  o  qədər asan deyil.

İsrailin qorxuları artır

Bundan əlavə, qəzet izah edib ki, İsrail daxilində, o cümlədən təhlükəsizlik strukturlarında qorxular artır və buna səbəb İsrail hökumətinin HƏMAS-ı əvəz etmək üçün etibarlı planının olmaması və bununla da ordunun əldə etdiyi nailiyyətlərin faysasız olması ehtimalıdır.İsrail ordusu tank və əsgərlərini HƏMAS-ın son qalası kimi qələmə verdiyi Rəfaha yönəldərkən, hərəkat Qəzzanın şimalında İsrail qüvvələrinə bir sıra zərbə-qaç hücumlarına başlayıb.

 “HƏMAS” məğlubiyyətdən çox uzaqdır

Münaqişələrin həlli ilə məşğul olan Beynəlxalq Böhran Qrupunun Yaxın Şərq və Şimali Afrika proqramının rəhbəri Joost Hiltermann, “HƏMAS Qəzzada hər yerdədir” deyib.

İsrailin hazırkı və keçmiş hərbi rəsmilərinin və ABŞ kəşfiyyatının hesablamalarına görə, nəticə ondan ibarətdir ki, İsrail Netanyahunun tam qələbə hədəfinə çatmaqdan çox uzaq görünür. İsrailin Rəfaha genişmiqyaslı hücumunu davam etdirib-etdirməməsindən asılı olmayaraq, HƏMAS-ın sağ qalacağı və Qəzzanın digər ərazilərində fəaliyyət göstərəcəyi ehtimal edilir.

Qəzetin yazdığına görə, çətinlikləri artıran odur ki, HƏMAS-ın Qəzzadakı lideri, 7 oktyabr hücumlarını əmr edən Yəhya Sinvar Qəzzanın altındakı HƏMAS tunellərində gizlənərək İsrailin hücumuna tab gətirə bildi.

Digər tərəfdən İsrail təhlükəsizlik rəsmiləri və analitikləri Netanyahu hökumətini HƏMAS-ı əvəz edəcək bir səlahiyyət yaratmaq planı hazırlamamaqda günahlandırıblar.

Müdafiə naziri Yoav Qalant bu narahatlıqlarını açıq şəkildə ifadə edərək, İsrailin Qəzzada alternativ hökumət qurmaq planının olmadığı halda, “yalnız iki mənfi variantın qaldığını; Qəzzada HƏMAS hökm sürür, ya da Qəzzada İsrail hərbi hakimiyyəti” olacağını deyib.

HƏMAS-ın taktikası - İsrailin “əbədi partizan müharibəsi” qorxusu
Məqalədə: #HƏMAS

Mövzu üzrə digər xəbərlər

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir  - HƏMAS
Yaxın Şərq

Fələstinlilərin öldürülməsi davam edən müharibənin tərkib hissəsidir - HƏMAS

7 Sentyabr 18:46
Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?
Fələstin

Qəzzadan fələstinlilərin çıxarılması beynəlxalq hüquqa uyğundurmu?

4 Sentyabr 18:51
İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb
Yaxın Şərq

İsrail ordusu Handa Yunisdə HƏMAS komandirinin öldürüldüyünü açıqlayıb

4 Sentyabr 17:46
ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf
İran

ABŞ bölgədə təhlükəsizliyin pozulmasının mənbəyidir - Qalibaf

2 Sentyabr 19:49

Son Xəbərlər

Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
Fransa Dənizaşırı ərazilər üçün viza qaydalarını sərtləşdirir
10:00
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
Səudiyyə Ərəbistanı husilərin hücumlarını pisləyib
09:48
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini  istifadə edəcək
Pakistan Hərbi Hava Qüvvələri Türkiyənin "KORKUT" və "ŞAHİN" sistemlərini istifadə edəcək
09:42
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
Mədinə qubernatoru fətvalarda mötədilliyin vacibliyini vurğulayıb
09:36
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
İordaniya və Fələstin dini turizmi inkişaf etdirmək istəyir
09:26
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.