6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

Rəisinin ölümü Yaxın Şərqə necə təsir edə bilər?

20 May 2024 19:56
Rəisinin ölümü Yaxın Şərqə necə təsir edə bilər?

Bakı,AzerVoice


İran prezidenti İbrahim Rəisinin, ölkənin xarici işlər nazirinin və digər rəsmi şəxslərin həlak olduğu helikopter qəzasının bütün Yaxın Şərqdə və eləcə də İranın təsirinin güclü olduğu bütün ölkələrdə əks-səda doğuracağı ehtimal edilir.
İran onilliklər ərzində Livan, Suriya, İraq və Yəməndəki yaraqlıları və silahlı qrupları dəstəkləyib və bu, ona öz gücünü düşmənləri, xüsusilə də İsrail qarşısında nümayiş etdirməyə imkan verib.
Bu güc nümayişi keçən ay İranın Dəməşqdəki konsulluğunun iki iranlı generalının ölümünə səbəb olan hava hücumuna cavab olaraq Rəisi və Ali Rəhbər Əli Xamneyinin rəhbərliyi altında İsrailə yüzlərlə pilotsuz təyyarə və ballistik raket atması ilə pik həddinə çatmışdı.
Bu, İran tarixində İsrailə ilk birbaşa hücum idi.
İsrail ABŞ, İngiltərə və digər ölkələrin köməyi ilə demək olar ki, bütün raketləri məhv etdi. Buna cavab olaraq, İsrail mərkəzi İsfahan şəhəri yaxınlığındakı hava bazasına və nüvə obyektinə pilotsuz təyyarə ilə hücum edib. Hücum nəticəsində itkilər olmayıb.
Çoxları Rəisinin ölümündə İsraili günahlandırır, onun helikopterinin qəzasını Tel-Əvivin təşkil edə biləcəyinə inanır.
Bəs Rəisinin öldürülməsi və ya ölməsi Yaxın Şərqdə böhrana necə təsir edəcək?
Hərbi ekspertlər və analitiklərin fikrincə, Rəisinin ölümündə İsrailin əli olduğu sübut olunarsa, bu məsələ regionda daha geniş münaqişəni alovlandıra bilər.
Bu, Yaxın Şərqdə İran tərəfindən dəstəklənən anti-İsrail silahlı qruplarının əks-hücumları ilə nəticələnə bilər. (“HƏMAS”, “Hizbullah”, “Husi”)-lər.
Hər hücum və əks-hücum böyük bir müharibənin alovlanması təhlükəsi yaradır.
Livan Hizbullah qruplaşması Qəzza müharibəsi başlayandan bəri İsraillə aşağı intensivlikli münaqişəyə başlayıb. Hər iki tərəf, demək olar ki, hər gün İsrail-Livan sərhədi boyunca zərbələr endirərək, hər iki tərəfdən on minlərlə insanı qaçmağa məcbur edib.
Ancaq indiyə qədər münaqişə hər iki ölkə üçün fəlakətli olacaq hərtərəfli müharibəyə çevrilməyib. İsrailin münaqişəni daha da genişləndirəcəyi ilə bağlı qorxular var.
Suriya və İraqda İranın dəstəklədiyi silahlı birləşmələr müharibənin ilk aylarında Amerika bazalarına dəfələrlə hücumlar təşkil edib.
Yəməndəki husilər də dəfələrlə Qırmızı dənizdə İsraillə açıq əlaqəsi olan gəmiləri hədəfə alıblar.
Bu hücumların da daha da intevsivləşəcəyi ilə bağlı qorxular var.
Digər tərəfdən başqa proqnozlar da var. Güman edilir ki, İranda seçiləcək yeni prezidentdin Rəsidən fərqli prioritetləri ola bilər. Hətta ehtim al edilir ki, yeni prezidentin seçilməsi ilə tərəflər arasında durğun münaqişə dönəmi başlaya bilər.

Rəisinin ölümü Yaxın Şərqə necə təsir edə bilər?
Məqalədə: #İbrahim Rəisi

Mövzu üzrə digər xəbərlər

Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi
ArabAZ təhlil mərkəzi

Qulam Hüseyn Möhsüni-Ejei — İranın "Təhlükəsizlik fəqihi" və güc mərkəzinə necə çevrildi

6 Aprel 09:00
Təyyarə qəzasında ölən liderlər -SİYAHI
Cəmiyyət

Təyyarə qəzasında ölən liderlər -SİYAHI

31 Dekabr 2025 01:25
Rəisinin də peycer istifadə etdiyi ortaya çıxıb
Digər Dövlətlər

Rəisinin də peycer istifadə etdiyi ortaya çıxıb

19 Sentyabr 2024 03:56
Rəisinin helikopteri hava şəraitinə görə qəzaya uğrayıb
Baş xəbər

Rəisinin helikopteri hava şəraitinə görə qəzaya uğrayıb

22 Avqust 2024 08:41

Son Xəbərlər

Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
Küveyt Kassasiya Məhkəməsi sabiq deputatların həbsinə qərar verib
19:02
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
Tarixin sınağından keçən dörd ömür: Zindandan əbədiyyətə ucalan böyük imamlar
18:00
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
Qətərin Həməd limanında 90 min ton taxıl aşırılıb
17:00
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Hərbi Dəniz Qüvvələrində olublar (FOTO)
15:34
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
Oktyabr seçkiləri öncəsi qələbə axtarışı - Netanyahunun Əli ət-Tahir planı nədir?
15:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.