4 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

ABŞ İsrailin əli ilə 40 il əvvəlin qisasını alır

22 Sentyabr 2024 11:00
ABŞ İsrailin əli ilə 40 il əvvəlin qisasını alır

Beyrut, AzerVoice

Ağ Evin Yaxın Şərq məsələləri üzrə müşaviri Brett Makqurkun cümə günü Livan Hizbullahının lideri İbrahim Aqilin öldürülməsi ilə bağlı açıqlaması, hardasa 2008-ci ildə Dəməşqdə İmad Muğniyənin öldürülməsi zamanı edilən açıqlamanı xatırladır.

 “Prezident Co Baydenin administrasiyası Aqilin öldürülməsi ilə bağlı bircə dəfə belə göz yaşı tökməyəcək”, çünki o, “40 ildir Beyrutda səfirliyin bombalanmasına görə məsuliyyət daşıyırdı. 2008-ci ildə Amerikanın rəsmi nümayəndəsi Muğniyə Dəməşqdə bomba yüklü avtomobillə öldürüldükdən sonra “İmad Muğniyəsiz dünya daha yaxşıdır” -deyə Makqurk Vaşinqtonda İsrail-Amerika Şurasının konfransında çıxışı zamanı bildirib.

Muğniyə və Aqil Birləşmiş Ştatlar tərəfindən 1983-cü ildə Beyrutdakı Amerika səfirliyini hədəf alan terror aktlarında iştirakda ittiham olunurlar. O vaxt Hizbullah hələ öz varlığını rəsmi olaraq  elan etməmişdi və “İslami Cihad Təşkilatı” da qeyri rəsmi Hizbullah tərkibində idi.

Birləşmiş Ştatlar bu partlayışlarda dörd axtarışda olan şəxs təyin etdi. Onlardan biri, Muğniyə, digəri Aqil, üçüncüsü  Fuad Şükr və dördüncü  uzun zaman axtarışda olan və 2012-ci ildə ABŞ Maliyyə Nazirliyi tərəfindən qlobal terrorçu kimi təsnif edilən Talal Hamiyah idi.

İsrailin intiqam əməliyyatlarının əksəriyətini Livanın cənubunda həyata keçirildi.

“İslami Cihad Hərəkatı”

Vaşinqton bildirir ki, 1983-cü ildə dəniz piyadalarının qərargahına hücuma görə məsuliyyəti üzərinə götürən İslami Cihad hərəkatı, Fransa sülhməramlı qüvvələrini hədəf alan Hizbullaha bağlı terror təşkilatıdır.

Bu terror aktları zamanı 241 dəniz piyadası və digər Amerika personalı, 58 fransız əsgəri və 6 mülki şəxs həlak olub. O vaxtdan bəri hücuma nəzarət edən İslami Cihad Hərəkatının bir sıra üzvləri, o cümlədən Talal Hamiya və Fuad Şukr Hizbullahın rəhbərliyinə keçiblər.

Fransa Livanın şərqindəki Bekaa vadisində “İran İnqilabı Keşikçiləri”nə aid olduğu iddia edilən ərazilərə və “Hizbullah” döyüşçülərini öyrətdiyi güman edilən İran İnqilab Keşikçiləri Korpusuna hava zərbələri endirib.

İmad Muğniyə partlayışın arxasında duran ən önəmli fiqurlardan biri idi. Muğniyə və Aqildən əlavə, Fuad Şükrün də da 1983-cü ildə Beyrutda dəniz hücumunda rol aldığı iddia edilir. Onların hamısıs ABŞ-ın sanksiya siyahısında idilər.

Dünya 1982-1992-ci illər Livanda Amerika vətəndaşlarının öldürülməsinin şahidi oldu. Vaşinqton bildirir ki, bu müddət ərzində “Hizbullah və Hizbullahla əlaqəsi olan terrorçular əksəriyyəti qərbli olmaqla 100-ə yaxın əcnəbi vətəndaşı qaçırıb saxlayıblar”.

ABŞ İsrailin əli ilə 40 il əvvəlin qisasını alır
Məqalədə: #Livan

Mövzu üzrə digər xəbərlər

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
Livan

İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır

21:32
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Livan

Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib

21:20
Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib
Livan

Livan prezidenti İsraildə saxlanılan vətəndaşların azad edilməsinə görə təşəkkür edib

18:19
Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?
ArabLyrics

Ərəb roku necə yarandı – ən parlaq simaları kimlərdir?

12:13

Son Xəbərlər

ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
21:32
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
Tramp Demokratları İran müharibəsində ABŞ-nin məğlub olmasını istəməkdə ittiham edib
21:23
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
Beyrut və Vaşinqton məhbusların azad edilməsini müzakirə edib
21:20
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
ABŞ maliyyə naziri neftin 40-50 dollara düşə biləcəyini bildirib
21:18
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.