6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İsrailin sevimlisi – Qadağan olunmuş ağ fosfor

3 Oktyabr 2024 23:16
İsrailin sevimlisi – Qadağan olunmuş ağ fosfor

Bakı, AzerVoice

Livandakı sosial şəbəkələrdə bir çox istifadəçi İsrail ordusunun paytaxt Beyruta son zərbələri zamanı “ağ fosfor”dan istifadə etdiyinə dair ittihamlar fonunda göydən düşən ağ  yandırıcı materialları əks etdirən videolar paylaşıb.

AzerVoice ArabAZ - a istinadən xəbər verir ki, yerli radio bir təhlükəsizlik mənbəsinə istinadən dünən Beyruta edilən basqın zamanı fosfordan artıq istifadə edildiyini və bölgədə pis qoxunun yayıldığını bildirib.

Livanda sərhəddə gərginliyin artmasından sonra ilk dəfə deyil ki, ağ fosfordan istifadədən danışılır. İsrail ag fosforu bundan əvvəl Qəzzada mütamadi olaraq istifadə edib.
Keçən iyunda Human Rights Watch təşkilatı Livanın cənubundakı ən azı 17 bələdiyyədə 2023-cü ilin oktyabrından bəri ağ fosforun istifadəsini təsdiqlədiyini bildirib.


Əvvəllər bir neçə hesabatda İsrailin Qəzzaya qarşı müharibəsi zamanı müxtəlif yerləri bombalamaq üçün bu materiallardan istifadə etdiyindən bəhs edilirdi.

Qeyd etmək lazımdır ki, ağ fosforlu sursatlar kimyəvi silah kimi qadağan edilmir və onlar müharibələrdə tüstü ekranları yaratmaq, hədəfləri müəyyən etmək və ya binaları yandırmaq üçün istifadə edilə bilər.
Lakin ciddi yanıqlara və yanğınlara səbəb ola biləcəyi üçün; Beynəlxalq müqavilələr onların mülki şəxslər arasında yerləşən hərbi hədəflərə qarşı istifadəsini qadağan edir.

Birincisi, ağ fosfor nədir?

Ümumdünya Səhiyyə Təşkilatının vebsaytı yazır ki,  ağ fosfor (bəzən sarı fosfor adlanır) sarımsaq kimi bir qoxu olan bərk – ağdan sarıya çalan kimyəvi maddədir. Onun bir çox alloqrafik şəkildəyişməsi var.

Bu maddə 30 dərəcədən yuxarı temperaturda havada özbaşına alovlanır və tamamilə oksidləşənə və ya oksigensiz qalana qədər yanmağa davam edir. Fosforun yanması qalın və olduqca üfünətli qoxusu olan ağ tüstü əmələ gətirir.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, ağ fosfor adətən hərbi məqsədlər üçün qumbaraatanlarda və artilleriya mərmilərində işıqlandırma, tüstü divarlarını (görüntü baryerlərinin ) yaratmaq və yandırıcı kimi istifadə olunur. Əsas sənaye məqsədləri fosfor turşusu, fosfat və digər birləşmələrin istehsalındadır.

Tibb ictimaiyyəti hərbi zərbələrdə ağ fosforun istifadəsinə qarşı xəbərdarlıq edir. Çünki onun əhalinin sağlamlığına zərərli təsirləri var.

Fosfor sağlamlığa necə təsir edir?

Bu kontekstdə daxili xəstəliklər üzrə ixtisaslaşan və paytaxt Beyrutda bir xəstəxanada işləyən ictimai səhiyyə həkimi Maya Əl-Banna deyir ki, bu təhlükəli maddə  sağlamlıq üçün çoxlu mənfi təsirlərə malikdir.

ArabAZ -a danışan Əl-Banna, ağ fosforun “ağrılı  və dərin yanıqlara səbəb olduğunu” bildirib.


Bu maddəyə məruz qaldıqda fərdin qarşılaşa biləcəyi 3 ssenari var:
Birinci mərhələ həzm sistemi ilə əlaqədardır və maddəyə məruz qaldıqdan bir neçə dəqiqə ilə 8 saat sonra baş verə bilər. Bu mərhələdə şiddətli şok  ola bilər və bir-iki gün ərzində ölümlə nəticələnə bilər.

İkinci mərhələ (simptomlar olmadan) birinci mərhələdən sonra gəlir və 8 saatdan 3 günə qədər davam edir. Üçüncü mərhələ (çoxlu orqan çatışmazlığı və mərkəzi sinir sisteminin zədələnməsi) ikinci mərhələ başlayandan 4-8 gün sonra başlaya bilər və ölümlə başa çata bilər”.

Əl-Banna  ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) istinadlarına əsaslanır.

“Ağ fosfor havada yanır və dəri və ya gözlərlə təmasda olduqda ciddi yanıqlara səbəb olur. Həm də göz və tənəffüs yollarının qıcıqlanmasına səbəb olur. Digər əsas mənfi təsirlər mədə-bağırsaq traktının zədələnməsi ilə bağlıdır”.

Gözlərə təsirləri

Ağ fosfora məruz qalmanın ən mənfi təsirlərindən biri narahatlıq hissi və gözdə yad cismin hissidir.
Bu, həddindən artıq göz yaşı istehsalına, göz qapaqlarının spazmına və işığa qarşı həssaslığın artmasına səbəb olur.

Məlumdur ki, ağ fosfor hissəcikləri toxumalarla təmasda olduqda ciddi dağıdıcıdır və buynuz qişanın zədələnməsinə səbəb olur.
CDC-nin hesabatlarına əsasən buna misal olaraq göz almasının daxili hissəsinin perforasiyası və iltihabı və göz qapağının anormal dönməsi daxildir. Bu maddələrin gözə gətirə biləcəyi ən ciddi fəsadlardan biri buynuz qişanın yanmasıdır və onlar gözün qan damarlarının fəaliyyətinə də təsir edə bilər.

Fosfor dəriyə necə zərər verir?

Ağ fosfor ikinci dərəcədən üçüncü dərəcəyə qədər çox ağrılı yanıqlara səbəb olur. Ağ fosforun davamlı yanması və ya fosfor turşusunun əmələ gəlməsi nəticəsində zədə yerindən tüstü qalxa bilər.

Maddə yağlarda çox həll olur və dərimiz onu tez və asanlıqla udur.

Ağ fosforun təsirinin ilkin əlamətləri hansılardır?

Ağ fosfora məruz qaldıqda bir insanın hiss edə biləcəyi ən başlıca bunlardır:

– Boğazda və mədədə yanma və ağrısı hissi, bu həddindən artıq susuzluq hissi ilə müşayiət olunur

– Ürəkbulanma, qusma, ishal və şiddətli qarın ağrısı

– Nəfəsdə sarımsaq qoxusu, qusma və ishal

– Göz və tənəffüs yollarının qıcıqlanması

İsrailin sevimlisi – Qadağan olunmuş ağ fosfor
Məqalədə: #Livan #israil #ağ fosfor bombası

Mövzu üzrə digər xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
Livan

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub

5 Sentyabr 22:32
İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib
Livan

İsrail Livanın cənubunda iki bölgəyə zərbələr endirib

5 Sentyabr 21:43
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Livan

Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah

5 Sentyabr 18:17
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
Livan

İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb

5 Sentyabr 11:51

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.