5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ VOA təhlil mərkəzi VOA analitika: Geosiyasi təhlillər
VOA analitika: Geosiyasi təhlillər

Modern “İslamçılar” AKP və Türkiyə haqqında

Bu yazımı, bəzi "islamçı" takılan arkadaşlara həsr edirəm. Bu yazım 2002-ci ildən qardaş Türkiyədə iqtidar olan AKP-yə və onun liderinə həsr edilibdir.

22 İyul 2025 16:03
Modern “İslamçılar” AKP və Türkiyə haqqında

BAKI, AzerVoice, Azər Hüseynov Tarixçi, İstanbul Zaim Universitetinin Tarix və Mədəniyyət Bölümü Doktorantı, Qafqaz Etno-Sosial Araşdırmalar Mərkəzinin eksperti, xüsusi olaraq AzerVoice üçün

Bu yazımı, bəzi "islamçı" takılan arkadaşlara həsr edirəm. Bu yazım 2002-ci ildən qardaş Türkiyədə iqtidar olan AKP-yə və onun liderinə həsr edilibdir. Bunun üçün yazılarımdan bəzi iqtibaslar yazacağam. Mənə görə məsələlərə iki cür baxmaq lazımdır. Birincisi, neytral ideoloji olmayan statistik dövlət inkişafı kriteriyaları ilə.

Əgər dövlət statistika kriteriyaları ilə baxsaq, AKP iqtidarı zamanı Türkiyə çox ciddi uğurlar əldə etdi. Bunun birinci mərhələsi 2016-cı ilə qədər idi və əsasən iqtisadi mahiyyət daşıyırdı.

2002–2015-ci illər ərzində Türkiyə iqtisadiyyatı ümumilikdə ciddi artım dinamikası nümayiş etdirmişdir. 2002-ci ildə 230 milyard ABŞ dolları olan ÜDM, 2013-cü ildə zirvə nöqtəsinə çataraq təxminən 950 milyard dollara yüksəlmiş, 2015-ci ildə isə 720 milyard dollara qədər enmişdir. Eyni dövrdə adam başına düşən milli gəlir 3.500 dollardan 10.800 dollaradək artmış, inflyasiya 2002-ci ildəki 29.7%-dən 2012-ci ildə 6.2%-ə enmiş, lakin 2015-ci ildə 8.8% olmuşdur. İşsizlik göstəricisi 2005–2015-ci illər arasında 9–11% arasında dəyişmişdir. Xarici ticarət həcmi 2002-ci ildə 87 milyard dollar olduğu halda, 2014-cü ildə 400 milyard dollara yaxınlaşmış, Türkiyəyə yönələn birbaşa xarici investisiyalar isə 2002–2015 arasında 180 milyard dolları aşmışdır. Bu statistik göstəricilər ölkənin iqtisadi modernləşmə və beynəlmiləlləşmə səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldiyini təsdiqləyir.

2016-cı ildə məlum darbe cəhdi olur. AKP ilə Fetö yollarını ayırır və onun buraxdığı boşluğu millətçi kəsim doldurur. Dövlətin islamçı hesab edilən iqtidarı dövlət millətçiliyi kursu götürür. Bütün sahədə xüsusi ilə hərbi sənaye inkişaf edir. 2016–2024-cü illər ərzində Türkiyənin müdafiə sənayesi əhəmiyyətli artım tempi nümayiş etdirmişdir. Müdafiə və aviasiya sənayesi məhsullarının ixracı 2016-cı ildə 1.7 milyard ABŞ dolları olduğu halda, 2023-cü ildə bu rəqəm 5.5 milyard dollara çatmış, 2024-cü ilin ilk altı ayı üzrə isə 3 milyard dolları keçmişdir. Müdafiə sənayesinə ayrılan illik dövlət büdcəsi 2016-cı ildə təxminən 15 milyard dollar olduğu halda, 2024-cü ildə bu məbləğ 45 milyard dollara yaxınlaşmışdır. Yerli istehsalın ümumi müdafiə tələbatını qarşılama payı 2016-cı ildə 45% idisə, 2023-cü ilin sonunda bu göstərici 80%-ə çatmışdır. 2016–2024 arasında Türkiyə 230-dan çox müdafiə layihəsini reallaşdırmış, bu layihələrin ümumi dəyəri isə 90 milyard dolları keçmişdir. Xüsusilə "Bayraktar TB2" 30-dan çox ölkəyə ixrac edilmiş, 2023-cü ildə təkcə PUA ixracatı 1.2 milyard dollar olmuşdur. Bu statistik göstəricilər Türkiyənin müdafiə sənayesində texnoloji suverenliyə və qlobal bazarda pay sahibi olmağa yönəlmiş strateji transformasiyasını əyani şəkildə ortaya qoyur. Bunlar şübhəsiz ki, belədir. Bunlar statistik parametrlərdir. Ona görə mən yazmışam müsahibələrimdəki Rəcəb Tayyib Ərdoğan dahi siyasətçidir.

İndi gələk islamçı takılan arkadaşlara. 2002–2023-cü illər ərzində Türkiyədə dindarlıq səviyyəsi və dini davranış göstəricilərində müəyyən dəyişikliklər müşahidə edilmişdir. 2002-ci ildə özünü “dindar” hesab edənlərin nisbəti 55–60% civarında olduğu halda, 2023-cü ilədək bu göstərici müxtəlif sorğulara görə 50%-dən aşağı düşmüşdür. 2013-cü ildə “namaz qılıram” deyənlərin faizi 42% təşkil edirdisə, 2023-cü ildə bu göstərici KONDA və MAK Danışmanlıq kimi şirkətlərin tədqiqatlarında 30–35% civarına enmişdir. Eyni zamanda, 2002-ci ildə ateist və aqnostiklərin ümumi payı cəmi 1–2% olduğu halda, 2020-ci illərdə bu rəqəm 7–10%-ə qədər yüksəlmişdir; xüsusilə 18–29 yaş qrupunda bu nisbət 15%-i keçmişdir. Gənclər arasında dini inanclara marağın azalması, sosial medianın və qlobal mədəniyyətin təsiri, dini rəsmi institutlara olan etimadsızlıq və siyasətlə dini identifikasiyanın qarışması bu meyli gücləndirmişdir. Bu statistik meyllər, ümumilikdə Türkiyədə dini kimlik və ibadət davranışlarında yavaş, lakin nəzərəçarpacaq bir sekulyarlaşma tendensiyasının artdığını göstərir.

Yəni, ey bizim islamçı takılan arkadaşlar, çox da ümid edən olmayın. Ərdoğan dahi bir milli dövlət siyasətçisidir. Amma sizin arzularınız üçün çalışmır. Çünki siyasi islamçılıq süqut edibdir. İslam isə əlbəttə daimidir.

Məqalədə: #Azər Hüseynov

Mövzu üzrə digər xəbərlər

Nə üçün hicab məsələsi belə gündəm edilir?
Cəmiyyət

Nə üçün hicab məsələsi belə gündəm edilir?

3 Fevral 14:39
Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?
Cəmiyyət

Müsəlman dünyasında təşəbbüskarlıq niyə zəifləyib?

23 Yanvar 12:00
İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur
Cəmiyyət

İnsanlıq İslama müsəlman dünyası İnsanlığa ehtiyac duyur

22 Yanvar 13:51
Eşq
Cəmiyyət

Eşq

19 Yanvar 11:48

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.