6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi ArabAZ analitika: Geosiyasi təhlillər
ArabAZ analitika: Geosiyasi təhlillər

İrana qarşı kütləvi etirazlar və rejimin çökməsi ssenarisi niyə baş tutmadı?

“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”. “Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək. Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır. Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı.

17 Mart 2026 12:28
İrana qarşı kütləvi etirazlar və rejimin çökməsi ssenarisi niyə baş tutmadı?

BAKI,VOA

“Müharibənin gedişatı ABŞ və İsrailin istədiyi kimi getmir. Böyük ehtimalla, bu müharibə bir müddət də davam edəcək”.

VOA xəbər verir ki, bu sözləri Yaxın Şərq üzrə ekspert Rufiz Hafizoğlu “Cebheinfo.az” – ın İranla müharibənin hansı sonluqla bitəcəyi ilə bağlı sualını cavablandırarkən bildirib. O qeyd edib ki, müharibənin hansı sonluqla bitəcəyini indidən söyləmək çox çətindir:

“Fevralın 28-də İrana qarşı başladılan hücum əməliyyatları nə ABŞ, nə də İsrailin gözləndiyi kimi getmir. İsrail gözləyirdi ki, İrana qarşı müharibə başlayan kimi ölkəni kütləvi etirazlar bürüyəcək və nəticə etibarı ilə rejim çökəcək.

Bu baş vermədi. Burada digər önəmli məqam isə Trampın bazar günü verdiyi açıqlamalardır. Tramp qeyd edib ki, ABŞ NATO-da müttəfiqlərini 40 il bəsləyib və onlara hər cür dəstək verib, amma müttəfiqlər bu müharibədə ABŞ-ı yalnız buraxdı.

Müharibənin gedişatında İsrail və ABŞ hələ ki, istədiyi nəticələri əldə etməyib. Buna baxmayaraq, İrana maksimum zərbələr davam etdiriləcək”.

Digər tərəfdən, İsrailin zamanında istifadə etmək istədiyi kürd kartı da qeyri-müəyyən səbəblərdən təxirə düşüb:

“Tramp da gələn həftə Çinə gözlənilən rəsmi səfərini təxirə salıb. Bu baxımdan, müharibənin sonu barədə proqnoz vermək o qədər də asan görünmür.

Amma əmin olun ki, münaqişə tərəfləri məğlub olsalar belə, onlar öz zəfərlərini elan edəcəklər. Həm ABŞ-İsrail cütlüyü, həm də İran özünü bu müharibədən qalib çıxmış kimi göstərəcək.

Xüsusi bir məqamı da vurğulayım ki, böyük ehtimalla, bu müharibədə İranın proksi qüvvələri, xüsusilə də Livanda Hizbullah struktur baxımından tamamilə dağıdılacaq”.

R.Hazfizoğlu vurğulayıb ki, bu məsələ barədə konkret yanaşma irəli sürmək olmur:

“Çünki bu məsələ təkcə İranla bitmir, burada İraq və Körfəz ölkələri, hətta ABŞ-nin NATO-dakı müttəfiqləri faktorunu da nəzərə almaq lazımdır. Körfəz və Qərb ölkələrinin də bu müharibəyə qoşulmasını istəyirlər”.

Məqalədə: #Rufiz Hafizoğlu #İsrail və İran gərginliyi #İsrail və İran münasibətləri #İsrailin İran hücumu #İsrailin İran hücum planı #ABŞ və İsrailin İran siyasəti #İsrail İran hücumu #İran-İsrail qarşıdurması

Mövzu üzrə digər xəbərlər

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu
Rəy

İsrail-Suriya gərginliyini həm də İsrail-Türkiyə problemi kimi oxumaq lazımdır - Rufiz Hafizoğlu

25 Avqust 14:56
İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu
Rəy

İranın qalib gəldiyi barədə yanaşma reallığı tam əks etdirmir - Rufiz Hafizoğlu

25 Avqust 14:13
HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?
Rəy

HƏMAS seçkilərə qayıdır? Təşkilatın qarşısında hansı siyasi ssenari var?

15 Avqust 10:06
Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?
Rəy

Məkkə sazişi Yaxın Şərqdə təhlükəsizlik balansını dəyişə bilərmi?

13 Avqust 16:52

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.