7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ ArabAZ təhlil mərkəzi
ArabAZ təhlil mərkəzi

İranın raketləri niyə hələ də tükənməyib?

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

6 Aprel 2026 09:15
İranın raketləri niyə hələ də tükənməyib?

BAKI,VOA Analitik Təhlil Mərkəzi

28 fevral 2026-cı il səhəri ABŞ və İsrailin İranın strateji obyektlərinə, o cümlədən Ali Rəhbər Əli Xameneinin iqamətgahına endirdiyi birgə zərbələr müharibənin başlanğıcı oldu. Lakin bu müharibənin ən gizli və həlledici cəbhəsi yerin onlarla metr dərinliyində — İranın "raket şəhərlərində" yaşanır. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib ki, hücumun ikinci dalğasında Missuri ştatındakı bazasından qalxan "B-2 Spirit" strateji bombardmançıları iştirak edib. 11 min kilometr məsafə qət edən bu təyyarələr yerin 60 metr dərinliyinə nüfuz edə bilən "GBU-57" (Bunker Buster) bombaları ilə İranın yeraltı raket anbarlarını hədəf alıb.

Raket arsenalı: Rejimin onurğa sütunu

ABŞ arsenalında "gümüş güllə" (son çarə) hesab olunan B-2-lərin dövriyyəyə girməsi, İranın yeraltı anbarlarını məhv etməyin nə qədər çətin olduğundan xəbər verir. Tehran üçün raket proqramı sadəcə hərbi güc deyil, həm də Vaşinqtonu aciz göstərmək və müharibəni bacardıqca uzatmaq üçün əsas siyasi rıçaqdır.

Analitiklər iyun ayındakı 12 günlük müharibədə və hazırkı döyüşlərdə İranın raket atışlarının sayındakı dalğalanmanı arsenalın tükənməsi kimi deyil, Tehranın "uzunmüddətli müharibə" strategiyası ilə izah edirlər. İran ən müasir raketlərini (Xeybər Şəkən, Qadr, Hacı Qasım, Siccil, Emad) qoruyaraq, onları yalnız yüksək dəyərli hədəflər üçün saxlayır.

Yeraltı "Raket şəhərləri"

2025-ci ilin martında İran yerin 500 metr dərinliyində yerləşən, həm istehsal, həm də buraxılış funksiyasını yerinə yetirən "raket şəhərlərini" nümayiş etdirmişdi. Bu bazaların çoxsaylı giriş-çıxış nöqtələrinin olması onları tək bir zərbə ilə sıradan çıxarmağı qeyri-mümkün edir.

ABŞ kəşfiyyatının son qiymətləndirmələrinə görə, müharibənin altıncı həftəsində belə İran öz raket potensialının yarısını və minlərlə PUA-nı qoruyub saxlayır. Tehranın dağıdılmış buraxılış qurğularını və yeraltı istehsal xətlərini cəmi bir neçə saat ərzində bərpa etmək qabiliyyəti müttəfiqləri ciddi narahat edir.

Rusiyanın və Çinin kölgəsi

İranın bərpa sürətinin arxasında Rusiya və Çindən gələn gizli yardımlar dayanır. Kəşfiyyat məlumatlarına görə, 2025-ci ilin sentyabrında Bəndər-Abbas limanına Çindən 2 min ton bərk yanacaq komponenti (natrium-perxlorat) gətirilib. Həmçinin, bərk yanacaqlı raketlərin (Fateh-110, Zülfüqar) istehsalı üçün zəruri olan "planetar mikserlər"in (nüvə proqramındakı sentrifuqalar qədər vacibdir) tədarükü Tehranın arsenalını sürətlə yeniləməsinə imkan verir.

Strateji "İstismar": THAAD və Patriot sınağı

Tehranın əsas taktikası ABŞ və İsrailin hava hücumundan müdafiə sistemlərini (HHM) iqtisadi və kəmiyyət baxımından sıradan çıxarmaqdır. Bir ədəd "THAAD" raketinin qiyməti 12.8 milyon dollar, bir "Patriot" raketinin qiyməti isə 5 milyon dollardır. ABŞ-ın illik THAAD istehsalı cəmi 96 ədəddir. İran isə çox ucuz dronlar və köhnə raketlərlə bu bahalı arsenalı tükədir.

İranın məqsədi rəqibi "ip hiyləsi" (rope-a-dope) taktikası ilə yormaqdır — yəni ilk güclü zərbələri qəbul edib sağ qalmaq və rəqib tükənəndə əks-hücuma keçmək. Vaşinqton və Təl-Əviv bu müharibəni "ildırımsürətli əməliyyat" kimi planlaşdırsalar da, Tehran onu bütün dünya üçün "uzun, yavaş və bahalı" bir kabusa çevirməkdə qərarlıdır.

Məqalədə: #Əli Xamenei #Ayətulla Seyid Əli Xamenei #CENTCOM #Əli Xamenei Suriya açıqlamaları #B-2 Spirit qırıcı təyyarəsi #THAAD #ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) #HHM Sistemləri (Patriot/THAAD) #Tehran Əli Xameneinin ölümünü təsdiqlədi #VOA Azərbaycan #GBU-57 #B-2 Spirit #Xeybər #Şəkən #Qadr #Hacı Qasım #Siccil #Emad #rope-a-dope

Mövzu üzrə digər xəbərlər

Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)
Ərəb turizmi

Ula və Xeybərdə medalyon formalı daş sərdabələr tapıldı (FOTO)

1 Sentyabr 11:18
CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib
Digər Dövlətlər

CENTCOM SEPAH-ın Hörmüz boğazında tanker insidenti barədə iddiasını rədd edib

31 Avqust 20:20
Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi
ArabAZ analitika: Geosiyasi təhlillər

Ölüm, şəhadət, silah və lənət – İranın Yəmənə ixrac etdiyi “təhsil” sistemi

27 Avqust 21:25
Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp
Digər Dövlətlər

Müctəba Xamenei sağdır, lakin çox ağır yaralanıb - Tramp

26 Avqust 19:24

Son Xəbərlər

Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
İraq kütləvi məzarlıqlardakı qurbanların taleyinin araşdırılmasını sürətləndirir
13:51
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.