5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Bioqrafiya: Tanınmış simalar Ərəb müğənniləri
Ərəb müğənniləri

UNİCEF səfiri və ana – müğənni Nansi Ajramın uğur yolu

Nansi Ajram 16 may 1983-cü ildə Beyrutun Əşrəfiyyə məhəlləsində pravoslav xristian ailəsində anadan olub. Nabil Ajram və Raymonda Aun-un böyük övladıdır. Nadin adlı bacısı və Kiçik Nabil adlı qardaşı var. Səkkiz yaşında nənəsi ilə oxumağa başlayıb, sonra yerli TV kanallarında uşaq müsabiqələrində iştirak edib. 1995-ci ildə 12 yaşında “Noujoum Al-Moustakbal” (Gələcəyin Ulduzları) istedad yarışmasında Ümmu Gülsümün mahnısını ifa edərək qızıl medal qazanıb.

16 İyul 2026 00:41

Nansi Nabil Ajram Livanlı müğənni və televiziya simasıdır. “Spotify” tərəfindən rəsmən “Ərəb popunun kraliçası” adlandırılıb. ArabAZ xəbər verir ki, atasının dəstəyi ilə uşaq yaşlarından çıxış etməyə başlayıb və erkən illərində bir neçə televiziya şousunda görünüb. 15 yaşında Ajram EMI ilə müqavilə imzalayıb və “Mihtagalak” (1998) adlı debüt studiya albomunu buraxıb. Yetkinlik yaşına çatmamasına baxmayaraq, o, Livanın Peşəkar Sənətçilər Birliyinə üzv qəbul edilib. Növbəti il ikinci albomu “Sheel Oyoonak Anni” ( Gözlərini məndən çək) (2001) işıq üzü görüb.

Karyerasında dönüş nöqtəsi və pop ikonaya çevrilmə

Onun əsl yüksəlişi tanınmış Livanlı prodüser Cici Lamara (Jiji Lamara) ilə əməkdaşlığı sayəsində baş verib. Misirli bəstəkar Məhəmməd Saadın müəllifi olduğu “Akhasmak Ah” sinqlı və 2003-cü ildə işıq üzü görən “Ya Salam” albomu ilə o, musiqisini yenidən quraraq daha cəlbedici bir imic mənimsəyib. Ajramın dördüncü albomu “Ah W Noss” (2004) böyük uğur qazanıb; “Ah W Noss“, “Lawn Ouyounak“, “Oul Tani Keda” və “Inta Eyh” kimi hitlərlə o, Yaxın Şərqdə pop ikona statusunu möhkəmləndirib.

2007-ci ildə Ajram uşaqlar üçün “Shakhbat Shakhabit” albomunu buraxıb ki, bu da həmin dövrün ən uğurlu uşaq layihəsi hesab olunur. 2008-ci ildə “Betfakkar Fi Eih” albomu ilə o, karyerasında ilk “Dünya Musiqi Mükafatı”nı (World Music Award – WMA) qazanıb və bu mükafatı alan ən gənc ərəb sənətçisi olub.

Nailiyyətlər və nüfuz

2007-ci ilədək dünya üzrə 30 milyondan çox valı satılan Ajram, Yaxın Şərqin ən çox satılan musiqiçilərindən biridir. 2010-cu ildə o, onilliyin (2000–2009) ən çox satılan qadın müğənnisi elan edilib. Karyerası ərzində 12 studiya albomu buraxıb. Ajram ərəb dünyasında “Coca-Cola“nın ilk və yeganə qadın simasıdır. O, dəfələrlə “Arabian Business” tərəfindən “Ən güclü ərəblər” siyahısına daxil edilib və “Newsweek” tərəfindən ən nüfuzlu müğənnilərdən biri kimi göstərilib.

Ajram 2005-ci ildə Livanlı stomatoloq Fadi Əl-Haşem ilə tanış olub və 2008-ci il sentyabrın 1-də Kiprdə evləniblər. Onların üç qızı var: Mila (2009), Ella (2011) və Lya (2019). Hər bir qızının doğulması münasibətilə o, xüsusi mahnılar buraxıb. Ajram sosial mediada ən çox izlənilən ərəb məşhurlarından biridir.

Xeyriyyəçilik və humanitar işlər

Ajram çoxsaylı xeyriyyə tədbirlərinin iştirakçısıdır. 2009-cu ildə UNİCEF tərəfindən Yaxın Şərq və Şimali Afrika üzrə ilk qadın regional səfir seçilib. O, uşaq hüquqları, sülh və qadınların təhsili mövzularında müxtəlif layihələrdə iştirak edib.

Villa hadisəsi (2020)

5 yanvar 2020-ci il tarixdə Məhəmməd Həsən Musa adlı silahlı şəxs Ajramın villasına daxil olub. Həmin şəxs sənətçinin həyat yoldaşı Fadi Əl-Haşem tərəfindən atəş açılaraq öldürülüb. Fadi Əl-Haşem bunun uşaqlarını qorumaq üçün özünümüdafiə məqsədilə edildiyini bildirib. Məhkəmə araşdırmalarından sonra 2023-cü ilin oktyabrında Kasasiya Məhkəməsi Fadinin üzərindən bütün ittihamları götürərək onu bəraət qazandırıb.

Məqalədə: #Beyrut #Spotify #Nensi Ajram #Nancy Ajram #Nansi Ajram kimdir? #Noujoum Al-Moustakbal #Nabil Ajram #ərəb popu #Sheel Oyoonak Anni #Akhasmak Ah #Ah W Noss

Mövzu üzrə digər xəbərlər

Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi
Tarixdə bu gün

Bu gün ABŞ dəniz piyadaları Livandakı missiyaya cəlb edildi

25 Avqust 04:28
Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb
Livan

Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

21 Avqust 19:50
Livanın xarici işlər naziri İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb
Livan

Livanın xarici işlər naziri İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb

20 Avqust 21:05
Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib
Livan

Papa XIV Leo Livan prezidenti ilə görüşdə İsraillə qarşıdurmadan narahatlığını bildirib

20 Avqust 18:44

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.