15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Sabah da söz sahibi komandam olacaq - Qurban Qurbanov

21 Fevral 2024 15:17
Sabah da söz sahibi komandam olacaq - Qurban Qurbanov

Bakı. AzerVoice:

“Sabah həqiqətən bizim üçün çox vacib və dəyərli oyun olacaq”

İdman.biz xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının pley-off mərhələsində “Braqa” (Portuqaliya) ilə cavab matçından öncə keçirilən mətbuat konfransında deyib.

Təcrübəli mütəxəssis bildirib ki, bu barədə çox danışmaq istəmir.

“Rəqib barədə çox danışmağa ehtiyac yoxdur. Portuqaliyada da qeyd etmişdim ki, bizi bu hesab aldatmamalıdır. İnanıram ki, futbolçularım Bakıda daha istəkli və daha düzgün oynayacaqlar. Həmçinin, soyuqqanlı oyun nümayiş etdirəcəklər. Sabaha kimi vaxtımız var. Oyunu yaxşı notla başa vurmaq istəyirik. Əlimizdən gələni edib, şans varsa, ondan yararlanmağa çalışacağıq”, - deyə o əlavə edib.

- Komandada son durumu necə dəyərləndirərdiz? Zədə ilə bağlı hansısa problem yoxdur?

- ⁠Hər şey qaydasındadır

- “Braqa”da hamı Bakıya ancaq qələbə üçün gələcəklərini deyir. Bu, psixoloji tərəfdən komandaya necə təsir edə bilər?

- ⁠Tələb gözləniləndir. Çünki onlar yaxşı klubdur. Növbəti mərhələyə keçmək şansları çox idi. Amma bunun futbolçularıma psixoloji təsir edəcəyinə düşünmürəm. Biz “Braqa”nın gücünə bələdik. Matçdan öncə də onların necə oynadığını bilirdik. Oyundan sonra da komanda ilə söhbətdə qeyd etdik ki, Bakıdakı görüşdə sürətli, diqqətli və yaxşı oyun göstərməliyik. Onlar həddindən artıq sürətlidirlər. İllər boyu bu cür gərgin oyun nümayiş etdirən komandadır. Ona görə də cavab qarşılaşmasına son dərəcə yüksək hazırlaşmışıq.

- ⁠Sabahkı oyun Azərbaycan futbolunun Avropada özünü təsdiqi üçün bir şansdır.

- ⁠Bu günki nəticələrə baxsaq, bəlkə bunu düşünə bilərik. Amma Avropada qazanılan hər bir qələbə bu gün Azərbaycan futbolunda böyük uğur sayılmalıdır. Çünki daha stabil olmaq üçün belə uğurlara ehtiyacımız var. Pley-off oyunlarında isə qələbələr futbolçuların və azarkeşlərin inamı üçün çox vacibdir. Həmçinin hamını bir araya toplayır. Mənim üçün daha vacib olan futbolu bu cür sevmək, azarkeşləri belə oyunlara kökləməkdir. Biz bu cür yanaşsaq da, ola bilər ki, yerimizdə qalaq. Hər bir oyunda bizim bu səviyyəyə çatmağa ehtiyacımız var. Belə qalibiyyətlər bizi daha həvəsli və inamlı edir. Həmçinin nəinki azarkeşlərə, həm də dövlət qurumlarının futbola marağı artır. Həmişə istəmişəm ki, böyük klublar Azərbaycana gəlsinlər. Bununla dayanmaq olmaz. İlk matçda qalib gəlmişik. Sabah biz məğlub olsaq da, bu, uğursuz bir nəticə deyil. Çünki səfər matçında qələbə qazanmağı bacarmışıq.

- ⁠Mövsümün əvvəlində bu qədər irəli gedəcəyinizi təxmin etmişdiniz?

- ⁠Biz həmişə qarşımıza bir məqsəd qoyuruq. İldən-ilə daha yaxşı olmaq istəyirik. Bunun da hamısı daxili çempionatımızdan başlayır. Qarşımızda bu mərhələyə gəlmək üçün böyük istək var idi, amma tələb yox idi. İlk məqsədimiz minimum Avropa Liqasının qrup mərhələsinə düşmək idi. Sevindirici haldır ki, biz bunu bacardıq. İşlərimiz pis getməyib. Hər şey planlı şəkildə davam edib. Bu gün də futbolçularıma güvənirəm ki, bura kimi gəlib irəliləməyimizdə onların payı çoxdur. Sabah da meydanda söz sahibi komandam olacaq. Mən onlara inanıram və güvənirəm. Ən əsası oyuna düzgün yanaşırıq. İnanıram ki, hər şeyi daha da yaxşı etmək gücündəyik.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq “Qarabağ” – “Braqa” görüşü saat 21:45-də başlayacaq. İlk matçda Ağdam təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.


İdman.biz

Sabah da söz sahibi komandam olacaq - Qurban Qurbanov
Məqalədə: #Qarabağ #Qurban Qurbanov

Mövzu üzrə digər xəbərlər

Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb
ArabSport

Asiya Çempionlar Liqasının yeni mövsümü gərgin oyunlarla başlayıb

09:32
Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
ArabSport

Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək

14 Sentyabr 20:17
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

13 Sentyabr 08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

13 Sentyabr 07:55

Son Xəbərlər

Bu günə olan əsas xəbər başlıqları
Bu günə olan əsas xəbər başlıqları
23:00
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
İordaniya və NATO 2027-ci il üçün fövqəladə hallara hazırlıq təliminə başlayıb
22:24
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
Mahmud Abbasın Misirə iki günlük səfəri başlayıb
22:18
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
İordaniya və Almaniya 96,5 milyon avroluq maliyyələşdirmə sazişləri imzalayıb
22:12
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
Liviyada etirazlar neft hasilatını dayandırıb - NOC fors-major elan edə bilər
22:08
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.