Bakı,AzerVoice
Getməzdən əvvəl atam Liqa 1-də tarix yazmağımı istəmişdi.
AzerVoice xəbər verir ki, bu sözləri Kilian Embappe deyib. Fransalı gənc ulduz kluba və klubun prezidentinə öz təşəkkürlərini ünvanlayıb .
"Bütün klub işçilərinə və prezidentə təşəkkür etmək istəyirəm. Mən bunun üçün darıxacağam. Başımı dik tutaraq PSJ-dən ayrılıram.Növbəti fəslim çox həyəcanlı olacaq, çünki məni çox xoşbəxt edən yeni şeylər kəşf edəcəyəm"-, deyə Embappe vurğulayıb.
Qeyd edək ki, 25 yaşlı futbolçu PSJ-yə 2018 ci ildə Monako klubundan transfer olub. Embappenin hal-hazırdakı bazar qiyməti 191 milyon avrodur.