Bakı,VOA
Futbol üzrə 2024-cü il Avropa çempionatının (EURO-2024) D qrupunun ikinci oyununda Fransa və Niderland milliləri 0:0 hesablı heç-heçə edib.
VOA xəbər verir ki, iyunun 14-də başlayan nəhəng turnirdə ilk dəfə bir qarşılaşma qolsuz başa çatıb.
Almaniyanın Leypsiq şəhərindəki eyniadlı stadionda keçirilən matçın ilk yarısında topa daha çox sahib olan Fransa oyuna nəzarəti saxlayıb.
14-cü dəqiqədə qapıçı ilə üz-üzə gələn Qrizmannla fransızların aşkar qol mövqeyindən yararlana bilməyən ilk hissədə qol vurulmayıb. 65-ci dəqiqədə Qrizmannla daha bir aydın mövqeyə malik olan fransızlar yenidən hesabda önə keçmək şansından istifadə edə bilməyiblər. 69-cu dəqiqədə Niderlandın vurduğu qol oyundankənar vəziyyətə görə sayılmayıb.
Beləliklə qarşılaşma qolsuz başa çatıb.