9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

İlk 3 penaltini analizlərə əsasən hara vuracaqlarını bilirdim - Tiaqo Silva

16 Avqust 2024 12:56
İlk 3 penaltini analizlərə əsasən hara vuracaqlarını bilirdim  - Tiaqo Silva

Bakı,AzerVoice

“Özümüzlə qürur duymalıyıq”.

İdman.biz xəbər verir ki, bunu “Zirə”nin futbolçusu Tiaqo Silva Konfrans Liqasının lll təsnifat mərhələsində “Osiyek”i (Xorvatiya) penaltilər seriyasında məğlub etdikləri matçdan sonra jurnalistlərə müsahibəsində deyib.

Matçın qəhrəmanı olan 24 yaşlı portuqaliyalı qapıçı güclü çempionatı təmsil edən və futbol ölkəsindən gələn bir komandaya qalib gəldikləri üçün xoşbəxt olduqlarını bildirib: “Onlar hər həftə Xorvatiyanın böyük klublarına qarşı mübarizə aparırlar. Amma ümumilikdə nəticədən məmnunuq, xoşbəxtik. Növbəti mərhələdə “Omoniya” ilə oyuna köklənməliyik”.

  • Penaltilər seriyasından öncə baş məşqçi Rəşad Sadıqov sizinlə danışarkən nə dedi?
  • ⁠Bildirdi ki, Avropa Liqasında “Şerif”lə keçirdiyimiz penaltilər seriyasında məndən o qədər də məmnun qalmayıb. Baş məşqçimiz bizim doğrularımızı və səhvlərimizi bilir. Bunu pozitiv qəbul edirəm. Bəlkə də, bunun nəticəsidir ki, penaltilər seriyasında uğurlu oldum.
  • Qarşılaşmadakı performansınızla “Şerif”lə matçdakı günahlarınızı yumuş olduz?
  • ⁠Bu oyunda “Şerif”lə matçdakından fərqli, penaltilər seriyasından faydalana bildik. Bu hal moldovalılarla dueldə baş verməmişdi. Amma ümumilikdə hər bir oyun təcrübədir. Səhvlərimizdən dərs çıxardıq.
  • ⁠Penaltilər seriyasında komanda yoldaşlarınız qol vura bilməyəndə hansı hissləri keçirirdiz?
  • ⁠Rəqibin də qapıçısı 3 penaltini dəf etdi. Hər dəfə mən də topu qaytarırdım. Bu hal təkrarlananda artıq təzyiq artırdı. Amma bu təzyiqə güc gəlib, uğura imza ata bildim. ⁠Futbol kollektiv oyundur. Məşqçi heyəti və futbolçular olaraq rəqibin necə penaltilər yerinə yetirməsinə diqqət etmişdik. İlk 3 penaltini analizlərə əsas hara vuracaqlarını bilirdim. Amma son ikisi öz hissiyyatımla bağlıdır. Buna görə də məşqçilərimə təşəkkür edirəm ki, mənə analizlərimdə çox kömək oldular.
  • ⁠Pley-offda “Omoniya” ilə qarşılaşacaqsız. Rəqibin oyununu isləmisiz?
  • ⁠Heç kimdən çəkinmirik. Rəqibin kimliyindən asılı olmayaraq, sonadək mübarizə aparacağıq. İnanırıq ki, bunun nəticəsində də istəyimizə nail olacağıq.

İdman.biz

İlk 3 penaltini analizlərə əsasən hara vuracaqlarını bilirdim  - Tiaqo Silva İlk 3 penaltini analizlərə əsasən hara vuracaqlarını bilirdim  - Tiaqo Silva

Mövzu üzrə digər xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03

Son Xəbərlər

Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
Yəmən ordusundan genişmiqyaslı hücum - Qərbi Taiz və Qərb sahilində ağır toqquşmalar
14:45
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
Dubayda yaradılan Peekabox tətbiqi restoranların artıq qida məhsullarını endirimlə satır
14:33
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
Fars və Oman körfəzlərində bir neçə ticarət gəmisi ilə bağlı insident baş verib
14:24
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
Süni intellekt və inkişaf üzrə Nazirlər Şurası Agentic AI layihəsinin ikinci mərhələsi müzakirə olunub
13:00
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
Kərbəlaya xüsusi diqqət yetirilməyə vacibdi-Nizar Amidi
12:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.