5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Barselona ilə İnter bərabərə qalıb

1 May 2025 10:26
Barselona ilə İnter bərabərə qalıb

BAKI,AzerVoice

UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyununda İspaniya təmsilçisi Barselona öz evində, Lluis Companys Olimpiyat Stadionunda İtaliya klubu İnter ilə qarşılaşaraq 3-3 hesablı heç-heçə edib.

AzerVoice xəbər verir ki, matçın daha 30-cu saniyəsində İnter sürətli qolla önə keçib.

Marcus Thuram zərif daban zərbəsi ilə vurduğu qolla komandasını 1-0 hesablı üstünlüyə çıxarıb və Çempionlar Liqası yarımfinallarında ən sürətli qol rekordunu qeydə alıb. 21-ci dəqiqədə küncdən gələn topu vole ilə qapıya göndərən Denzel Dumfries hesabı 2-0 edib.

Barselona 24-cü dəqiqədə sağ cinahda effektiv oynayan Lamin Yamalın gözəl qolu ilə fərqi azaldıb (2-1), 38-ci dəqiqədə Ferran Torresin qolu ilə hesabı bərabərləşdirib (2-2). Yamal bu qolla Çempionlar Liqası yarımfinallarında qol vuran ən gənc futbolçu adına yiyələnib. 17 yaş 291 günlük olan Yamal, Kilian Embappenin 18 yaş 140 günlük rekordunu keçib.

İlk hissə 2-2 hesablı bərabərliklə başa çatıb.

İkinci yarıda İnter yenidən önə keçib. 64-cü dəqiqədə Hakan Çalhanoğlunun künc zərbəsindən verdiyi ötürməni Denzel Dumfries başla qola çevirərək hesabı 3-2 edib. Lakin Barselona dərhal cavab verib. 65-ci dəqiqədə Raphinhanın cərimə meydançasından kənarından sərt zərbəsi üst dirəyə dəyərək qapıçı Yann Sommerə çırpılıb və top qapıya daxil olub (3-3).

Qalan dəqiqələrdə başqa qol olmayıb və gərgin keçən matç 3-3 bərabərliyi ilə yekunlaşıb.

Bu cütün cavab oyunu 6 may tarixində Milanda keçiriləcək.

Məqalədə: #UEFA #Çempionlar Liqası #Barcelona #İnter #Lamin Yamal #Rafinya

Mövzu üzrə digər xəbərlər

2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək
ArabSport

2026 Dünya Çempionatının finalı bir sıra ilklərlə tarixə düşəcək

18 İyul 13:11
İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat
ArabSport

İngiltərə Argentinanı keçə bilərmi? Qalmaqallarla dolu çempionat

15 İyul 14:53
Qətərli hakim FİFA Dünya Çempionatının final matçına təyin edildi
ArabSport

Qətərli hakim FİFA Dünya Çempionatının final matçına təyin edildi

14 İyul 11:48
Məhəmməd Salahın yeni klubu hansı olacaq?
ArabSport

Məhəmməd Salahın yeni klubu hansı olacaq?

25 İyun 10:33

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.