5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

"Çelsi" "Liverpul"u məğlub edib - İngiltərə Premyer Liqası

4 May 2025 22:13
"Çelsi" "Liverpul"u məğlub edib - İngiltərə Premyer Liqası

BAKI, AzerVoice

İngiltərə Premyer Liqasının 35-ci turunda baş tutan oyunda "Çelsi" çempionluğu öncədən təmin etmiş "Liverpul"u 3:1 hesabı ilə məğlub edib. Görüş London şəhərində keçirilib.

AzerVoice xəbər verir ki,"Çelsi"nin qollarını Enso Fernandes (3-cü dəqiqə), penalti zərbəsindən Koul Palmer (90+6) və "Liverpul"un oyunçusu Cerrel Kvansa (56-cı dəqiqədə avtoqol) vurublar. Qonaqlardan isə Vircil Fan Dayk 85-ci dəqiqədə fərqlənib. Qeyd edək ki, Palmer bu görüşdə yanvarın 14-dən sonra ilk qolunu vurub. Həmin tarixdə o, "Bornmut"la oyunda (2:2) qol sevinci yaşamışdı.

Bu, "Çelsi"nin "Liverpul"a qarşı 2021-ci ildən bəri ilk qələbəsidir. Bu iki komanda arasında baş tutmuş 199-cu qarşılaşma olub. Bu müddət ərzində "Çelsi" 67 dəfə qalib gəlib, "Liverpul" 83 dəfə, 49 görüş isə heç-heçə ilə başa çatıb.

Xatırladaq ki, "Liverpul" 34-cü turda "Tottenhem" üzərindəki 5:1 hesablı qələbə ilə çempionluğunu vaxtından əvvəl təmin etmişdi. Komanda 35 oyundan sonra 82 xal toplayıb. "Çelsi" isə bu qələbə ilə 63 xalla turnir cədvəlində beşinci yerə yüksəlib.

Növbəti turda, mayın 11-də "Çelsi" səfərdə "Nyukasl"la qarşılaşacaq. Eyni gündə "Liverpul" turnir cədvəlində ikinci yerdə qərarlaşan "Arsenal"ı qəbul edəcək. Bundan əlavə, mayın 8-də "Çelsi" Konfrans Liqasının yarımfinal mərhələsində İsveçin "Yurqorden" klubu ilə cavab oyununu keçirəcək. İlk matç 4:1 hesabı ilə London təmsilçisinin xeyrinə başa çatıb.

Məqalədə: #Liverpool #İngiltərə Premyer Liqası #Çelsi

Mövzu üzrə digər xəbərlər

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Martinelli "Qalatasaray"ı rədd etdi
Digər Xəbərlər

Martinelli "Qalatasaray"ı rədd etdi

15 Avqust 13:16
"Liverpul" Qakponu satmaq niyyətində deyil
ArabSport

"Liverpul" Qakponu satmaq niyyətində deyil

3 Avqust 16:03
"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb
ArabSport

"Nyukasl Yunayted"in baş məşqçisi Eddi Hau vəzifəsindən ayrılıb

31 İyul 19:58

Son Xəbərlər

Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
Liverpul Ərəb İncəsənət Festivalına yeni rəhbər təyin olunub
13:18
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
BƏƏ və Türkiyə prezidentləri ikitərəfli əlaqələri müzakirə edib
13:03
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
İranın Xark adası yaxınlığında partlayış səsləri eşidilib
11:52
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
İsrailin Livana zərbələri nəticəsində 3 nəfər ölüb, 23 nəfər yaralanıb
11:51
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
Səudiyyə Ərəbistanında 2030-cu ilədək 350 min hektar otlaq sahəsi bərpa ediləcək
11:44
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.