7 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Olivier Jiru Fransaya qayıdır

Fransalı hücumçu Olivier Jiru MLS-də keçirdiyi qısa müddətli macəradan sonra vətəninə qayıdır.

27 İyun 2025 17:20
Olivier Jiru Fransaya qayıdır

BAKI, AzerVoice

Fransalı hücumçu Olivier Jiru MLS-də keçirdiyi qısa müddətli macəradan sonra vətəninə qayıdır.

AzerVoice xəbər verir ki, təcrübəli forvardın Lill klubu ilə bir illik müqavilə imzalaması razılaşdırılıb.

38 yaşlı futbolçu hazırda çıxış etdiyi Los-Anceles FC (LAFC) ilə müqaviləsi dekabr ayında başa çatmasına baxmayaraq, tərəflər vaxtından əvvəl ayrılığa hazırlaşır. Bu isə Jirunun yay transfer dövründə Lill-ə keçidini mümkün edəcək.

MLS-də gözləntiləri doğrultmayan Jiru, LAFC ilə 37 oyunda cəmi 5 qol və 3 assistlə yadda qaldı. Baxmayaraq ki, o, 2024-cü il ABŞ Açıq Kubokunun qalibi olub və FIFA Klub Dünya Çempionatında da iştirak edib. Lakin LAFC-dəki çıxışı, xüsusilə də məhsuldarlıq baxımından zəif qiymətləndirilir.

Lill klubu isə Kanada əsilli hücumçu Conatan Devidin komandadan ayrılmasından sonra Jirunu təcrübəli alternativ kimi heyətə qatmaq niyyətindədir.

“Onun komandamıza qoşulmasını çox istərdim. O, bizə lazım olan bütün keyfiyyətlərə sahibdir: taktiki uyğunluq, təcrübə, peşəkarlıq və insani dəyərlər. Amma o hələ də başqa bir klubun oyunçusudur və bu transferin baş verməsi asan görünmür”- deyə klubun prezidenti bildirib.

Jiru üçün bu transfer emosional bir geri dönüş olacaq. O, sonuncu dəfə Fransada 2011-2012 mövsümündə Montpellier klubunun heyətində çıxış edib və həmin mövsüm Liqa 1-in çempionu olub. Daha sonra Arsenal, Çelsi və Milan kimi klublarda uğurlu karyera qurub.

Məqalədə: #ABŞ #Fransa #Milan #Arsenal #Çelsi #MLS #FİFA Klublararası Dünya Çempionatı #Oliver Jiru

Mövzu üzrə digər xəbərlər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?
ArabAZ analitika: Geosiyasi təhlillər

Fransada İslama yer yoxdur - ölkə mətbəxi necə siyasi silaha çevrildi?

09:00
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran

İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib

5 Sentyabr 22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
Digər Dövlətlər

ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib

5 Sentyabr 21:45
İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset
Digər Dövlətlər

İranın neftdaşıyan gəmilərdən ibarət donanması müdafiəsizdir - Pit Heqset

5 Sentyabr 20:47

Son Xəbərlər

Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
Suriya və Özbəkistan əlaqələri yeni mərhələyə keçir
14:14
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
Qətər banklarının aktivləri 2,19 trilyon riyala çatdı
14:08
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
Ciddədə qadınlara qarşı zorakılıqla mübarizədə dini liderlərin rolu müzakirə olunub
14:07
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
Ər-Riyadda Səudiyyə Ərəbistanının 300 illik təhlükəsizlik tarixi müzakirə olunur
14:00
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
QFZ rəhbəri və Qazaxıstan səfiri investisiyaların cəlb edilməsi üzrə əməkdaşlığı müzakirə ediblər
13:52
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.