5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Messi Barselonaya qayıda bilər

Argentinalı futbol ulduzu Lionel Messinin İngiltərə Premyer Liqasına keçidi hazırda real hesab edilmir.

18 İyul 2025 15:29
Messi Barselonaya qayıda bilər

BAKI, AzerVoice

Argentinalı futbol ulduzu Lionel Messinin İngiltərə Premyer Liqasına keçidi hazırda real hesab edilmir.

AzerVoice xəbər verir ki, 2026-cı il Dünya Çempionatı ərəfəsində yeni klub axtarışında olduğu bildirilən ulduz futbolçunun Barselonaya dönüş ehtimalı daha yüksək qiymətləndirilir.

Messinin hazırda çıxış etdiyi İnter Mayami ilə müqaviləsindəki 12 aylıq uzatma bəndi hələ aktivləşdirilməyib. Əgər bu müddət uzadılmasa, 38 yaşlı hücumçu ilin sonunda azad agent olacaq.

Keçmiş Liverpul hücumçusu Emil Heski britaniyalı media orqanına açıqlamasında bildirib ki, Premyer Liqa klubları, xüsusilə Liverpul, Messini icarəyə götürməkdə maraqlı ola bilər. Lakin futbolçunun indiki fiziki durumu yüksək templi Premyer Liqa futboluna uyğun gəlmir.

“Messi oyun ərzində fasiləsiz hərəkətdə ola bilmir. Premyer Liqa komandalarının oyun üslubu isə bunu tələb edir”- deyə o bildirib.

Heski əlavə edib ki, Fransa və xüsusilə İspaniya Messi üçün daha uyğun mühit yarada bilər.

“Fransa liqası templi olsa da, daha yumşaqdır. Amma ən uyğun ünvan Barselonadır. Bu, həm emosional, həm də taktiki baxımdan ən təbii seçimdir”- deyə Heski qeyd edib.

Xatırladaq ki, Barselona rəhbərliyi Messi üçün qapıların hər zaman açıq olduğunu bəyan edib. Klubun yenidənqurmadan sonra Kamp Nou stadionuna qayıtmağa hazırlaşdığı bir vaxtda, Messinin də burada futbol karyerasını başa vurması ehtimalı ciddi şəkildə müzakirə olunur.

Messinin gələcəyi ilə bağlı qərarının yaxın aylarda bəlli olacağı gözlənilir. Hazırda isə futbolçunun özü hər hansı rəsmi açıqlama verməyib.

Məqalədə: #Fransa #Barcelona #Lionel Messi #İnter Mayami #Liverpool #İngiltərə Premyer Liqası #İspaniya La Liqası

Mövzu üzrə digər xəbərlər

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib
ArabSport

Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

3 Sentyabr 22:15
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.