13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Dastin Porye UFC turnirində Maks Holloveyə uduzub

Amerikalı döyüşçü Dastin Porye, Luiziana ştatının Nyu-Orlean şəhərində keçirilən UFC (Ultimate Fighting Championship – Ümumdünya Döyüş Çempionatı) turnirində həmyerlisi Maks Holloveyə uduzub.

20 İyul 2025 10:48
Dastin Porye UFC turnirində Maks Holloveyə uduzub

BAKI, AzerVoice

Amerikalı döyüşçü Dastin Porye, Luiziana ştatının Nyu-Orlean şəhərində keçirilən UFC (Ultimate Fighting Championship – Ümumdünya Döyüş Çempionatı) turnirində həmyerlisi Maks Holloveyə uduzub.

AzerVoice xəbər verir ki, beş raund davam edən yüngül çəki döyüşü hakimlərin yekdil qərarı ilə Holloveyin xeyrinə başa çatıb – 48:47, 49:46, 49:46.

Qeyd edək ki, Holloveyin UFC-də ilk rəqibi məhz Porye olub. 2012-ci ildə keçirilmiş həmin döyüşdə Porye ilk raundda boğucu fəndlə qalib gəlmişdi. Yeddi il sonra amerikalı döyüşçülər UFC-nin yüngül çəki dərəcəsində müvəqqəti çempion titulu uğrunda yenidən oktaqonda qarşılaşıblar. Lakin bu döyüşdə də Hollovey qalib gələ bilməyib və hakimlərin qərarı ilə məğlub olub.

Qeyd edək ki, 33 yaşlı Holloveyin aktivində artıq 27 qələbə və 8 məğlubiyyət var. O, UFC-nin keçmiş yarımyüngül çəki çempionudur. 2017–2019-cu illər arasında titulun sahibi olmuş və bu müddətdə üç dəfə uğurla müdafiə döyüşü keçirmişdi. Daha sonra o, titulu geri qaytarmaq üçün üç dəfə cəhd göstərmiş, lakin əvvəlcə iki dəfə avstraliyalı Aleksandr Volkanovskiyə, daha sonra isə ispan döyüşçü İliya Topuriyaya məğlub olmuşdu.

36 yaşlı Porye isə MMA-da 30 qələbə və 10 məğlubiyyətlə yanaşı, bir nəticəsiz döyüşlə yadda qalıb. O, UFC-nin yüngül çəkisində üç dəfə titul döyüşünə çıxıb, lakin heç birində çempion ola bilməyib. 2019-cu ildə rusiyalı Həbib Nurməhəmmədova, 2021-ci ildə braziliyalı Çarlz Oliveyraya, ötən il isə rusiyalı İslam Maxaçevə məğlub olub. Porye həmçinin UFC tarixində yüngül çəki üzrə ən çox nokautla qalib gələn döyüşçülərdən biri hesab olunur.

Məqalədə: #UFC #Dastin Porye #Maks Hollovey

Mövzu üzrə digər xəbərlər

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44

Son Xəbərlər

İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
İordaniya Kralı II Abdullah BƏƏ-yə səfər edib
18:43
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
Səudiyyə Ərəbistanında erkən islama aid 60-dan çox kitabə aşkarlandı (FOTO)
18:36
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
İran yük gəmisi Hörmüz boğazında hücuma məruz qalıb - 1 ölüb
18:27
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.