9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Son Tottenham-dan ayrıldığını açıqlayıb

İngiltərə Premyer Liqasının Tottenham Hotspur klubunda çıxış edən cənubi koreyalı ulduz futbolçu Heung-Min Son, komandadan ayrılmaq qərarı verdiyini bəyan edib.

2 Avqust 2025 14:20
Son Tottenham-dan ayrıldığını açıqlayıb

BAKI, AzerVoice , Fərid Mikayılov

İngiltərə Premyer Liqasının Tottenham Hotspur klubunda çıxış edən cənubi koreyalı ulduz futbolçu Heung-Min Son, komandadan ayrılmaq qərarı verdiyini bəyan edib.

AzerVoice xəbər verir ki, o, bu barədə Nyukasl Yunayted ilə keçiriləcək yoldaşlıq oyunu öncəsi təşkil edilən mətbuat konfransında məlumat verib.

Son açıqlamasında bu qərarın onun karyerasında verdiyi ən çətin addımlardan biri olduğunu bildirib:

“Bir az dəyişiklik istəyirəm. 10 il uzun müddətdir. Kluba 23 yaşımda, çox gənc yaşda qatıldım. Bu klubdan artıq yetkin, qürurlu bir insan kimi ayrılıram,” – deyə o vurğulayıb.

Futbolçu həmçinin Tottenham azarkeşlərinin ona göstərdiyi sevgi və dəstəyə görə təşəkkürünü bildirib.

“Azarkeşlərin sevgisini hər zaman hiss etdim. Ümid edirəm ki, bu ayrılıq üçün doğru zamandır və bu qərarıma anlayışla yanaşılacaq” – deyə Son qeyd edib.

Qeyd edək ki, Heung-Min Son 2015-ci ildə Almaniyanın Bayer Leverkusen klubundan Tottenhama transfer olunmuşdu. Klubdakı 10 illik karyerası ərzində o, 300-dən çox oyuna çıxaraq Premyer Liqanın ən nüfuzlu hücumçularından birinə çevrilib. O, 2024/25 mövsümündə klubla UEFA Avropa Liqasının qalibi olub.

Məqalədə: #UEFA #İngiltərə Premyer Liqası #Tottenham #UEFA Avropa Liqası #Heung-Min Son

Mövzu üzrə digər xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03

Son Xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.