5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Zidan Fransa millisinin baş məşqçisi olacaq

1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq. Bu barədə “Defensa Central” portalı məlumat yayıb.

5 Avqust 2025 22:27
Zidan Fransa millisinin baş məşqçisi olacaq

BAKI, AzerVoice, Səməd Əyyubov

1998-ci ilin dünya və 2000-ci ilin Avropa çempionu Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq.

AzerVoice xəbər verir ki, bu barədə “Defensa Central” portalı məlumat yayıb.

Yanvar ayında Fransa Futbol Federasiyası bildirmişdi ki, hazırkı baş məşqçi Didye Deşam 2026-cı ildə Kanada, ABŞ və Meksikada keçiriləcək dünya çempionatından sonra vəzifəsini tərk edəcək.

Qeyd edək ki, 56 yaşlı Deşam 2012-ci ildən Fransa yığmasına rəhbərlik edir. Onun rəhbərliyi dövründə komanda 166 oyun keçirib, 106 qələbə qazanıb, 31 heç-heçə edib və 29 məğlubiyyət alıb. Deşamın çalışdırıcılığı altında Fransa millisi 2018-ci ildə dünya çempionu, 2022-ci ildə Millətlər Liqasının qalibi olub, həmçinin 2016-cı il Avropa çempionatının və 2022-ci il dünya çempionatının gümüş medalını qazanıb.

53 yaşlı Zidanın son məşqçilik fəaliyyəti İspaniyanın “Real Madrid” klubunda olub. O, bu komandaya 2016–2018-ci və 2019–2021-ci illərdə rəhbərlik edib. Onun rəhbərliyi altında madridlilər üç dəfə UEFA Çempionlar Liqasının, iki dəfə İspaniya çempionatının və iki dəfə İspaniya Superkubokunun qalibi olublar.

Futbolçu karyerasında Zidan Fransanın “Kann” və “Bordo” klublarında, İtaliyanın “Yuventus”unda və “Real Madrid”də çıxış edib. O, 2003-cü ildə “Real”la İspaniya çempionu olub, 2002-ci ildə isə Çempionlar Liqasının finalında Almaniyanın “Bayer” klubuna vurduğu qələbə qolu ilə (2:1) yadda qalıb. “Yuventus”la iki dəfə İtaliya çempionu olan Zidan Fransa millisində 108 oyun keçirib, 31 qol vurub, 29 qol ötürməsi verib. O, Fransa yığması ilə 1998-ci ildə dünya çempionu, 2006-cı ildə dünya çempionatının gümüş mükafatçısı və 2000-ci ildə Avropa çempionu olub.

Məqalədə: #Bayer #Fransa #Çempionlar Liqası #Real Madrid #Yuventus #UEFA Millətlər Liqası #UEFA Avropa Liqası #Zineddin Zidan #UEFA Çempionlar Liqası #Zinəddin Zidan Fransa millisinin baş məşqçisi #Zidan Fransa yığması 2026 #Fransa millisi baş məşqçi dəyişikliyi #Didye Deşam istefa #Fransa Futbol Federasiyası qərarı #Zidan Real Madrid karyerası #Fransa milli futbol komandası #Zidanın məşqçilik karyerası #Zidanın futbolçu karyerası #UEFA Çempionlar Liqası qalibi Zidan

Mövzu üzrə digər xəbərlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub
Digər Dövlətlər

Fransada “kiçik qayıqlar” sazişi siyasi mübahisəyə səbəb olub

18:45
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran

İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib

4 Sentyabr 22:24
ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır
Digər Dövlətlər

ABŞ və müttəfiqləri İranı BMT-nin nüvə nəzarəti orqanına təqdim etməyə hazırlaşır

4 Sentyabr 21:12
Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb
Digər Xəbərlər

Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

3 Sentyabr 21:03

Son Xəbərlər

İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
22:14
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
İran ABŞ hərbi gəmilərinə qarşı hücumların gücləndiriləcəyi barədə xəbərdarlıq edib
22:09
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
ABŞ-nin İsraildəki səfiri məskunlaşanların qanunsuz əməllərini pisləyib
21:45
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.