6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Con Cons UFC-yə qayıdış barədə danışıb

MMA dünyasının ulduzu, sabiq UFC ağır çəkidə çempionu Con Cons yenidən oktaqona qayıda biləcəyini açıqlayıb. UFC prezidenti Dana Vayt isə Consun qayıdışına skeptik yanaşdığını bildirib. UFC 319 turniri ərəfəsində mətbuat konfransında Vayt, Consa etibar etmədiyini və belə bir ciddi turnirdə ona önəmli yer verməyəcəyini vurğulayıb.

20 Avqust 2025 10:23
Con Cons UFC-yə qayıdış barədə danışıb

BAKI,AzerVoice, Fərid Mikayılov

MMA dünyasının ulduzu, sabiq UFC ağır çəkidə çempionu Con Cons yenidən oktaqona qayıda biləcəyini açıqlayıb.

AzerVoice xəbər verir ki, döyüşçü sosial şəbəkədə etdiyi paylaşımda məşqlərini davam etdirdiyini və Ağ Ev turnirində iştirak ehtimalına optimist yanaşdığını bildirib.

"Məşqlərimi davam etdirirəm və Ağ Ev turnirində iştirak imkanına nikbin baxıram"- deyə o vurğulayıb.

UFC prezidenti Dana Vayt isə Consun qayıdışına skeptik yanaşdığını bildirib. UFC 319 turniri ərəfəsində mətbuat konfransında Vayt, Consa etibar etmədiyini və belə bir ciddi turnirdə ona önəmli yer verməyəcəyini vurğulayıb.

"Mən artıq demişəm ki, ona etibar etmirəm. Biz heç danışmırıq belə. Mənə sual verirlər ki, o, üç ayda nə edə bilər ki, fikrim dəyişsin? Mənim cavabım budur: şans – milyardda bir"- deyə UFC rəhbəri qeyd edib.

Qeyd edək ki, 37 yaşlı döyüşçü bir müddət əvvəl karyerasını başa vurduğunu açıqlamış, çempionluq kəməri isə britaniyalı Tom Aspinalla keçmişdi. Onun qərarı bir çoxları üçün gözlənilməz olub.

Cons idman karyerası ərzində dəfələrlə qalmaqallarla yadda qalıb. 2015-ci ildə yol qəzasından sonra hadisə yerini tərk etdiyinə görə, 2016 və 2017-ci illərdə isə dopinq testlərinin müsbət nəticələnməsinə görə çempionluq titullarından məhrum edilmişdi.

2025-ci ilin fevralında Consun adı yenidən avtomobil qəzası ilə bağlı istintaqda hallanıb. Lakin idmançı karyerasını bu səbəbdən dayandırdığını inkar edərək mediada yayılan iddiaları “əsassız şayiələr” adlandırıb.

Məqalədə: #Ağ Ev #UFC #Dana White #UFC çempionu #UFC xəbərləri #Con Cons #Tom Aspinal

Mövzu üzrə digər xəbərlər

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb
İqtisadiyyat

ABŞ-də Trampın metal pulu dövriyyəyə buraxılıb

3 Sentyabr 10:52
İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev
Digər Xəbərlər

İran ABŞ ilə razılaşma istəyir, lakin təklifləri yetərli deyil - Ağ Ev

1 Sentyabr 19:52
Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir
Digər Dövlətlər

Vaşinqton Hörmüz boğazının tamamilə minalardan təmizləndiyini iddia edir

28 Avqust 20:10
ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev
Digər Dövlətlər

ABŞ-nin İrana qarşı dəniz mühasirəsi tam qüvvəsi ilə davam edir - Ağ Ev

28 Avqust 20:06

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.