9 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Konor Makqreqor 4 ildən sonra rinqə qayıdır

Makqreqor UFC tarixində eyni anda iki çəki dərəcəsində çempion kəmərini qazanan ilk idmançı olub. O, əvvəlcə yarım yüngül çəkidə Çad Mendes üzərində qələbə qazanaraq ilk titulunu əldə edib. Daha sonra isə yüngül çəkidə Eddi Alvaresi nokauta salaraq ikinci kəmərə sahib çıxıb.

22 Avqust 2025 16:16
Konor Makqreqor 4 ildən sonra rinqə qayıdır

BAKI, AzerVoice, Fərid Mikayılov

Dünya şöhrətli irlandiyalı döyüşçü, UFC-nin keçmiş ikiqat çempionu Konor Makqreqor dörd illik fasilədən sonra yenidən döyüşə çıxacaq.

AzerVoice xəbər verir ki, onun növbəti rəqibi Mayk Perri – Ceremi Stivens qarşılaşmasının qalibi olacaq.

BKFC (Bare Knuckle Fighting Championship) prezidenti Devid Feldman mətbuat konfransında Makqreqorun döyüşə hazırlaşdığını açıqlayıb.

“Bu gün burada dostum və biznes-partnyorum Konor Makqreqor olmalı idi. Təəssüf ki, gəlişi baş tutmadı, çünki hazırda tam diqqətini hazırlığa yönəldib. O, əla formada və tezliklə rinqə çıxacaq”- deyə o bildirib.

Makqreqor UFC tarixində eyni anda iki çəki dərəcəsində çempion kəmərini qazanan ilk idmançı olub. O, əvvəlcə yarım yüngül çəkidə Çad Mendes üzərində qələbə qazanaraq ilk titulunu əldə edib. Daha sonra isə yüngül çəkidə Eddi Alvaresi nokauta salaraq ikinci kəmərə sahib çıxıb.

Ulduz döyüşçünün son çıxışı 11 iyul 2021-ci ildə UFC 264 turnirində baş tutub. Rəqibi amerikalı Dastin Porye olub. Lakin trilogiya qarşılaşması gözlənilmədən bitib – Makqreqor ilk raundda ayaq biləyini sındıraraq texniki məğlubiyyət alıb.

2024-cü ildə BKFC-nin səhmdarlarından birinə çevrilən Makqreqor, artıq təşkilatın əsas simalarından hesab olunur. Ənənəvi boksun qaydalarına yaxın, lakin təhlükəsizlik tədbirləri ilə keçirilən “yalın yumruq döyüşləri” sürətlə populyarlıq qazanır.

Makqreqorun gözlənilən döyüşü həm onun uzun fasilədən sonra dönüşü, həm də BKFC-nin qlobal miqyasda izlənilirliyini artıracaq.

Məqalədə: #UFC #Konor Makqreqor #UFC çempionu #BKFC (Bare Knuckle Fighting Championship) #Devid Feldman #Çad Mendes #Eddi Alvares #BKFC

Mövzu üzrə digər xəbərlər

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38
Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb
ArabSport

Səudiyyə Ərəbistanının U-20 millisi Qətəri məğlub edərək Asiya çempionatına vəsiqə qazanıb

7 Sentyabr 10:03

Son Xəbərlər

BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
BAEA-nın qətnaməsi BMT TŞ-də heç nə əldə edə bilməyəcək - Kazım Qəribabadi
22:13
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
İsrailin Livanın cənubuna yeni hava zərbələri endirdiyi bildirilib
21:44
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
BAEA İdarə Heyəti İranın nüvə məsələsinin BMT TŞ-yə çıxarılmasına dair qətnaməni təsdiqləyib
21:24
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
OpenAI agentləri 10-dan çox saytdan icazəsiz istifadə edib
21:19
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
İran ABŞ-ın dəniz blokadasına qarşı hərbi reaksiyanı genişləndirir
21:09
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.