11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Derbi öncəsi təzyiq artır - Qvardiolanı erkən “final” gözləyir

Pep Qvardiolanın rəhbərlik etdiyi Mançester Sitinin mövsümə uğursuz başlaması fonunda komanda haqqında tənqidlər səslənir. Premyer Liqa əfsanəsi Alan Şirer, “şəhərlilər”in artıq əvvəlki qorxu faktorunu itirdiyini bildirib.

13 Sentyabr 2025 14:29
Derbi öncəsi təzyiq artır - Qvardiolanı erkən “final” gözləyir

BAKI, AzerVoice, Fərid Mikayılov

Pep Qvardiolanın rəhbərlik etdiyi Mançester Sitinin mövsümə uğursuz başlaması fonunda komanda haqqında tənqidlər səslənir.

AzerVoice xəbər verir ki, Premyer Liqa əfsanəsi Alan Şirer, “şəhərlilər”in artıq əvvəlki qorxu faktorunu itirdiyini bildirib.

Onun sözlərinə görə, rəqiblər indi Mançester Sitiyə qarşı daha cəsarətlə oynayır və onların məğlubedilməz olmadığına inanırlar.

Qeyd edək ki, ötən mövsüm Siti Rodrinin uzunmüddətli zədəsi səbəbindən çətinliklər yaşayıb və Qvardiola dönəmində ilk dəfə 9 məğlubiyyət alaraq mövsümü “Liverpul”dan 13 xal geridə, 3-cü yerdə başa vurub.

Cari mövsümə Uolves üzərində 4:0 hesablı qələbə ilə başlayan komanda daha sonra ardıcıl Tottenhem və Brayton məğlubiyyətləri ilə azarkeşlərini məyus edib.

Mançester Siti Premyer Liqada növbəti oyununu bazar günü əzəli rəqibi Mançester Yunaytedə qarşı keçirəcək. Mütəxəssislərin fikrincə, bu derbi Qvardiola və komandası üçün mövsümün ilk “mütləq qələbə” oyunlarından biri olacaq.

Məqalədə: #İngiltərə #Mançester Yunayted #Mançester Siti #Pep Guaridola #İngiltərə Premyer Liqası #Rodriqo #Mançester derbisi #Alan Şirer #Pep Qvardiola

Mövzu üzrə digər xəbərlər

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39

Son Xəbərlər

Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
Livanda narkotik əməliyyatı - Bəşşar Əsədin qohumu saxlanıldı
23:14
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
"Şərq-Qərb" neft kəməri hücumlar səbəbindən ehtiyat tədbiri olaraq dayandırıldı – Səudiyyə
23:07
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
Körfəz ölkələri və İran Hörmüzdə müvəqqəti gəmiçilik dəhlizini müzakirə edəcək
22:25
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
Tramp 11 sentyabr hücumlarının 25-ci ildönümü mərasiminə qatılıb
21:39
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
Misirin BRICS ölkələri ilə ticarəti 36,7 milyard dollara çatıb
21:38
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.