11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” komandası Vətənə qayıdıb

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.

17 Sentyabr 2025 10:06
Portuqaliyada tarixi qələbə qazanan “Qarabağ” komandası Vətənə qayıdıb

BAKI,AzerVoice

UEFA Çempionlar Liqasının əsas mərhələsinin I turunda Portuqaliyada "Benfika"nı 3:2 hesabı ilə məğlub edən "Qarabağ" komandası Vətənə qayıdıb.

AzerVoice xəbər verir ki, komandanı Heydər Əliyev Beynəlxalq Aeroportunda Ağdam təmsilçisinin nümayəndələri, azarkeşlər və media mənsubları qarşılayıblar.

Qeyd edək ki, son ölkə çempionu ilk sınağına Portuqaliyada çıxıb. İkinci dəfə turnirin əsas mərhələsinə vəsiqə qazanan Ağdam təmsilçisi Lissabonda "Benfika"nın qonağı olub. "Da Luş" stadionda keçirilən görüş komandamızın əzmkar qələbəsi ilə başa çatıb.

Oyuna inamsız başlayan "Qarabağ" 6 və 16-cı dəqiqələrdə buraxılan qollarla hesabda 2 top fərqi ilə geri düşüb. Buna baxmayaraq, ruhdan düşməyən Azərbaycan çempionu 30-cu dəqiqədə Leandro Andradenin qolu ilə hesab arasındakı fərqi azaldıb. İlk hissə rəqibin 2:1 hesablı üstünlüyü ilə yekunlaşıb. İkinci yarıya əla start verən ağdamlılar yeni transferi Kamilo Duranın dəqiq zərbəsi ilə tarazlığı bərpa edib. Matçda son nöqtəni isə 86-cı dəqiqədə Aleksey Kaşuk qoyub. Bununla da "Qarabağ" Çempionlar Liqasının əsas mərhələsində ilk qələbəsini qazanıb.

Məqalədə: #UEFA #Qarabağ FK #Çempionlar Liqası #idman #UEFA Çempionlar Liqası

Mövzu üzrə digər xəbərlər

Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51
Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu
ArabSport

Səudiyyə Peşəkar Liqasında transfer pəncərəsinin ən uğurlu klubu Əl-Hilal oldu

7 Sentyabr 20:39
Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb
ArabSport

Səudiyyə şahzadəsinin atı Almaniyada nüfuzlu yarışda tarixi qələbə qazanıb

7 Sentyabr 10:38

Son Xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
12:43
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
SEPAH-ın gizli siması Yəməndə - Şəhlayi hücumları necə planlaşdırıb?
12:20
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
Milyonların sevdiyi səudiyyəli müğənni Zeynə İmad kimdir?
12:06
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
11:53
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
Türk ordusunun yetişdirdiyi xüsusi təyinatlılar hazır vəziyyətə gətirildi- Somali Prezidentindən qəti tapşırıq
10:06
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.