13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Qarabağ klubu Türkiyənin Respublika Gününü təbrik edib

Qarabağ futbol klubu Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib. Bu barədə klub sosial mediada paylaşım edib. "Qardaş Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun" - deyə paylaşımda qeyd edilir. Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 29 Oktyabr 1923-cü ildə Respublika idarəçiliyini elan etməsinin xatirəsinə hər il 29 Oktyabrda Türkiyə və Şimali Kiprdə Respublika Bayramı qeyd olunur. Bu bayram 1925-ci ildə qanunla milli bayram statusu almışdır.

29 Oktyabr 2025 11:08
Qarabağ klubu Türkiyənin Respublika Gününü təbrik edib

BAKI, AzerVoice, Nailə Babazadə

Qarabağ futbol klubu Türkiyəni Respublikası Günü münasibətilə təbrik edib.

AzerVoice-in məlumatına görə, bu barədə klub sosial mediada paylaşım edib.

"Qardaş Türkiyənin Cümhuriyyət Bayramı mübarək olsun" - deyə paylaşımda qeyd edilir.

Qeyd edək ki, Türkiyə Böyük Millət Məclisinin 29 Oktyabr 1923-cü ildə Respublika idarəçiliyini elan etməsinin xatirəsinə hər il 29 Oktyabrda Türkiyə və Şimali Kiprdə Respublika Bayramı qeyd olunur. Bu bayram 1925-ci ildə qanunla milli bayram statusu almışdır.

Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürk 29 Oktyabr 1933-cü ildə verdiyi Onuncu İl Nitqində bu günü “ən böyük bayram” adlandırmışdır.

Bayram münasibətilə stadionlarda şənliklər keçirilir, axşam isə ənənəvi fənər yürüşləri təşkil olunur. Xalq respublikaya böyük coşqu ilə sahib çıxır və son illərdə bu coşqu daha da artmışdır.

Tarixi məlumata görə, Osmanlı İmperiyası 1876-cı ilə qədər mütləq monarxiya, 1876-1878 və 1908-1918-ci illər arasında isə konstitutsiyalı monarxiya ilə idarə olunmuşdur. I Dünya Müharibəsində məğlubiyyətin ardından Anadolu işğala məruz qalmış və xalq Mustafa Kamal Paşanın rəhbərliyi ilə Milli Mübarizə aparmışdır. 1922-ci ilin Oktyabrında milli qüvvələrin qələbəsi ilə bu mübarizə başa çatmışdır.

Böyük Millət Məclisi 23 Aprel 1920-ci ildə Ankarada toplanmış və 20 Yanvar 1921-ci ildə Teşkilat-ı Esasiye Qanunu qəbul edərək suverenliyin türk xalqına aid olduğunu elan etmişdir. 1 Noyabr 1922-ci ildə isə sultanlıq ləğv edilmişdir.

Mustafa Kamal Paşa və İsmet İnönü 29 Oktyabr 1923-cü ildə Məclisə təqdim etdikləri qanun dəyişikliyi ilə Respublikanın elan olunmasını təmin etmişdir. Bu elan Ankarada 101 top atəşi ilə elan edilmiş və 29-30 Oktyabr tarixlərində bütün ölkədə bayram kimi qeyd edilmişdir.

Məqalədə: #Qarabağ #Mustafa Kamal Atatürk #Türkiyə Böyük Millət Məclisi (TBMM) #29 oktyabr - Türkiyənin Respublikası Günü

Mövzu üzrə digər xəbərlər

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17
FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir
ArabSport

FİFA Bağdadda yeni idman mərkəzinin inşasını maliyyələşdirir

11 Sentyabr 15:44
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
ArabSport

Taifdəki dəvə bir qaçışa milyonçu oldu

10 Sentyabr 11:23
“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur
ArabSport

“Əl-İttihad” kino və televiziya sektoruna daxil olur

8 Sentyabr 19:51

Son Xəbərlər

Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
Bu gün İtaliya Misirə hücum etdi - Mussolininin "Roma imperiyası" xülyası və səhrada başlayan fəlakət
03:00
Tarixdə bu gün – 13 sentyabr
Tarixdə bu gün – 13 sentyabr
00:01
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
12 Sentyabr 22:47
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
Səudiyyə Ərəbistanında fövqəladə təhlükə xəbərdarlığı elan edilib
12 Sentyabr 22:31
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
Əbu-Dabi vəliəhdi Pezeşkianla regional gərginliyin azaldılmasını müzakirə edib
12 Sentyabr 22:27
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.