15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Artıq mən səudiyyəliyəm - səudiyyəlilər futbola möhtəşəm sevgi bəsləyir - Ronaldu

Ən-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu, Ər-Riyadda keçirilən qlobal “Turays” forumunda çıxış edərək özünü səudiyyəli hesab etdiyini və Səudiyyə Ərəbistanının idman və turizm sahəsindəki inkişafından qürur duyduğunu bildirib.

11 Noyabr 2025 21:41
Artıq mən səudiyyəliyəm - səudiyyəlilər futbola möhtəşəm sevgi bəsləyir - Ronaldu

BAKI, AzerVoice

“Ən-Nəsr” klubunun ulduz futbolçusu Kriştianu Ronaldu, Ər-Riyadda keçirilən qlobal “Turays” forumunda çıxış edərək özünü səudiyyəli hesab etdiyini və Səudiyyə Ərəbistanının idman və turizm sahəsindəki inkişafından qürur duyduğunu bildirib. Bu haqda AzerVoice, ArabiToday saytına istinadən məlumat verir.

“Artıq üç ildir Səudiyyə Ərəbistanında yaşayıram və deyə bilərəm ki, mən sizin birinizəm. Mən bu ölkənin layihəsinə, insanlarına və futboluna inanıram. Səudiyyə liqasının həm bu günü, həm də gələcəyi çox parlaqdır.” - forumda çıxış edən 39 yaşlı portuqaliyalı ulduz deyib.

Ronaldu qeyd edib ki, Səudiyyə liqası son illərdə böyük inkişaf yoluna çıxıb, azarkeşlərin futbola olan sevgisi isə onu heyran edib.

“Son üç ildə liqa inanılmaz dərəcədə böyüyüb. Səudiyyəlilərin futbola olan ehtirası heyrətamizdir. Turizm də eyni tempdə inkişaf edir və mən bu prosesin bir hissəsiyəm. Mən səudiyyəlilərə hər zaman deyirəm: mən sizdən biriyəm, mən səudiyyəliyəm.” - deyə o bildirib.

Futbolçu 2034-cü il dünya çempionatının Səudiyyə Ərəbistanında keçiriləcəyi barədə danışaraq bildirib.

“Mən portuqaliyalıyam, 2030-cu il mundialı bizdə keçiriləcək, amma 2034-cü ildə dünya Səudiyyəni görəcək. Mən artıq bu ölkəyə mənsubam - o, mənim qəlbimdədir.” - deyə, Ronaldu əlavə edib.

O qeyd edib ki, Səudiyyənin idman strategiyasının bir hissəsi olmaq və ölkənin futbolunu dünyada tanıtmaq istəyir.

“Mən bu böyük layihənin bir parçası olmağa hazıram. Onlar mənə güvənə bilərlər , mən futbolun inkişafı və gənclərin bu oyunu sevməsi üçün daim onların yanında olacağam.” - deyə, ulduz futbolçu deyib.

Məqalədə: #Səudiyyə Ərəbistanı #Kriştiano Ronaldo #Ər-Riyad #qlobal Turays forumu

Mövzu üzrə digər xəbərlər

Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək
ArabSport

Səudiyyə futbol qurumları Diogu Jota ilə bağlı şüarlara görə tədbir görəcək

14 Sentyabr 20:17
Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı
ArabSport

Olimpiya məşəli Afrikada ilk dəfə Seneqala çatdırıldı

13 Sentyabr 08:28
Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi
ArabSport

Əl-Əhli Səudiyyə Qadınlar Liqasında liderliyə yüksəldi

13 Sentyabr 07:55
Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır
ArabSport

Ciddədə 27-ci Körfəz Kuboku 8 ölkənin iştirakı ilə başlayır

12 Sentyabr 17:17

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.