5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Arab+ ArabSport
ArabSport

Asiya Olimpiya Şurasına yeni rəhbər seçilib

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib. Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.

26 Yanvar 2026 16:37
Asiya Olimpiya Şurasına yeni rəhbər seçilib
Bizi buradan izləyin və Bizə yazın

BAKI,AzerVoice, Fərid Mikayılov

Özbəkistanın paytaxtı Daşkənd şəhərində Asiya Olimpiya Şurasının (AOŞ) 46-cı Baş Assambleyası keçirilib.

AzerVoice xəbər verir ki, iclasda təşkilati məsələlərlə yanaşı, Asiya qitəsinin ən böyük idman qurumlarından biri olan Asiya Olimpiya Şurasının yeni rəhbərinin seçilməsi məsələsinə baxılıb.

Səsvermə nəticəsində Milli Olimpiya Komitələri Assosiasiyasının (ANOC) sədrinin birinci müavini, Qətər Dövlətinin Olimpiya Komitəsinin prezidenti Şeyx Coaan bin Həməd Al Tani Asiya Olimpiya Şurasının yeni rəhbəri seçilib. Onun namizədliyi iştirakçılar tərəfindən yekdilliklə dəstəklənib.

Daşkənddə keçirilən 46-cı Baş Assambleyanın işində Özbəkistan Prezidenti Şavkat Mirziyoyev də iştirak edib. Tədbirə, həmçinin, beynəlxalq idman təşkilatlarının rəhbərləri və yüksək səviyyəli rəsmi şəxslər qatılıblar.

İştirakçılar arasında Dünya Antidopinq Agentliyinin prezidenti Vitold Banka, Beynəlxalq Gimnastika Federasiyasının prezidenti Morinari Vatanabe, Beynəlxalq Ağırlıqqaldırma Federasiyasının prezidenti Məhəmməd Jalud, “World Boxing” təşkilatının prezidenti Gennadi Qolovkin, Beynəlxalq Çimərlik Hokkeyi Federasiyasının prezidenti Məhəmməd Təyab İkram, Asiya Paralimpiya Komitəsinin prezidenti Macid Rəşid, Beynəlxalq Sambo Federasiyasının prezidenti Vasili Şestakov, ANOC-un baş katibi Gunilla Lindberq, Afrika Olimpiya Komitələri Assosiasiyasının prezidenti Mustafa Bərrəf və digər nüfuzlu qonaqlar yer alıblar.

Eyni zamanda ABŞ Prezidentinin xüsusi nümayəndəsi Paolo Zampolli, Rusiya Federasiyasının idman naziri Mixail Deqtyaryov, Səudiyyə Ərəbistanının idman naziri Əbdüləziz bin Turki Al Səud, Qətər Dövlətinin gənclər və idman naziri Şeyx Həməd bin Xəlifə Al Tani də tədbirdə iştirak ediblər.

Qeyd edək ki, Asiya Olimpiya Şurası Asiya qitəsində olimpiya hərəkatının inkişafı və iri beynəlxalq idman yarışlarının koordinasiyasında əsas rol oynayan qurumlardan biridir.

Məqalədə: #Şavkat Mirziyoyev #Özbəkistan #Qətər #Daşkənd #Asiya Olimpiya Şurası #AOŞ Baş Assambleyası #Şeyx Coaan bin Həməd Al Tani #Qətər Olimpiya Komitəsi #Asiya idman təşkilatları #Daşkənd idman tədbiri

Mövzu üzrə digər xəbərlər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər

Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib

4 Sentyabr 22:00
Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?
Ərəb idmançılar

Qətərin ilk qadın boksçusunun hekayəsi - Əfaf Əl-Qarni kimdir?

4 Sentyabr 13:00
Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək
Qətər

Qətər və Pakistan əməkdaşlığı əmək və insan resursları sahəsində genişləndirəcək

3 Sentyabr 15:43

Son Xəbərlər

ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
ABŞ ordusu İranın hədəfə alınan neftdaşıyan gəmilərinin adlarını açıqlayıb
18:25
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
İran gəmilərinə zərbələr hərbi gəmilərimizə hücumdan sonra endirilib - ABŞ
18:20
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
Məhbusların azad edilməsi Livandakı hücumlara bəraət qazandıra bilməz - Hizbullah
18:17
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
ABŞ-nin hərbi üstünlüyünə baxmayaraq müqavimət göstərdik - Iran
18:12
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
İsrail qüvvələri İordan çayının qərb sahilində Yabad şəhərinə basqın edib
18:07
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.