5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat Biznes
Biznes

Zəngəzur dəhlizinin açılması yükdaşıma xərclərini azalda bilər - ABADA

Zəngəzur dəhlizinin açılması yükdaşıma xərclərini azalda artıra bilər.

22 İyul 2025 11:52
Zəngəzur dəhlizinin açılması yükdaşıma xərclərini azalda bilər - ABADA

Bakı. AzerVoice

Zəngəzur dəhlizinin açılması yükdaşıma xərclərini azalda artıra bilər.

AzerVoice xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) baş katibi Kənan Qurbanov deyib.

ABADA-nın baş katibi Zəngəzur dəhlizinin perspektivlərindən də bəhs edib:

"Zəngəzur dəhlizi dünya əhəmiyyətli bir mövzudur. Biz hamımız səbrsizliklə onun açılmasını gözləyirik. Hazırda bizim daşımalarımız Avropaya ya Gürcüstan, ya da İran ərazisindən keçməklə daşınır. Bu da öz növbəsində həm zamanı, həm də xərcləri artırır. Lakin Zəngəzur dəhlizi açılanda yol qısalacaq və Azərbaycan öz ərazisindən daşımalar aparacaq.

Ümumilikdə, Zəngəzur dəhlizinin açılması yükdaşıma xərclərini azalda, bu dəhlizə cəlbediciliyi artıra bilər".

Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası (ABADA) olaraq hədəfimiz ilin axırınadək Karnet kitabçasında buraxılışı olan böyük şirkətlərin sayının 100-ü ötməsidir.

O bildirib ki, artıq 85 şirkət bu kitabçada üzvdür:

"Məqsədimiz bütün daşıyıcılarımızı Karnet kitabçasına cəlb etməkdir. Bu kitabçaya cəlb etmək onların keyfiyyətinin artırılması deməkdir.

Həmçinin, daşıyıcı üzv şirkətlərin coğrafiyasının genişləndirilməsi də əsas hədəflərimizdəndir. Bu genişləndirilmə Çinə qədər uzandı. Hazırkı hədəfimiz Avropanın dərinliyinə yükdaşımaların coğrafiyasını artırmaqdır".

K.Qurbanov qeyd edib ki, İranın dərinliyinə daşıyıcıların daxil olmasında çətinliklər yaşanır:

"Çünki orada cərimələr, süni maneələr çoxdur. Məqsədimiz oraya da yükdaşımaların coğrafiyasını genişləndirməkdir".

Məqalədə: #Zəngəzur dəhlizi

Mövzu üzrə digər xəbərlər

Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu
VOA analitika: Geosiyasi təhlillər

Kamera önündəki tərəddüd: “İnkişaf Yolu”-nun arxasındakı nüfuz döyüşü və Bakı-Ankara-Bağdad oxu

30 İyul 14:06
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər
Rəsmi Xronika

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonunun Şükürbəyli kəndinə köçən sakinlərlə görüşüblər

9 May 18:04
Zəngəzur dəhlizi Türk dünyasında əməkdaşlığı gücləndirəcək - Fuat Oktay
Siyasət

Zəngəzur dəhlizi Türk dünyasında əməkdaşlığı gücləndirəcək - Fuat Oktay

25 Fevral 15:20
Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək – Ceyhun Bayramov
Siyasət

Zəngəzur dəhlizi yaxın gələcəkdə Orta Dəhlizin mühüm seqmentinə çevriləcək – Ceyhun Bayramov

5 Fevral 13:54

Son Xəbərlər

İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
İraqda dövlət banklarının maliyyə fəaliyyəti araşdırılır
16:55
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
BƏƏ prezidenti Sierra Leone-də keçiriləcək sammitə dəvət alıb
16:47
İordaniyada daxili  turizmi  təşviq etmək üçün pulsuz turlar təşkil edilir
İordaniyada daxili turizmi təşviq etmək üçün pulsuz turlar təşkil edilir
15:53
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
İraqın Basra neft markaları həftə ərzində 10 faizdən çox bahalaşıb
15:52
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
İraq buğda və xurma istehsalında tam özünütəminata nail olub
15:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.