6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub

9 Fevral 2025 14:11
“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub

Bakı, AzerVoice

Artıq kinosevərlərin ixtiyarına verilən “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçın şəhərində, “Lacinema” Kino Mərkəzində baş tutub.

AzerVoice xəbər verir ki, film təqdimatından öncə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov çıxış edərək filmin təqdimatının Laçında keçirilməsinə görə yaradıcı heyətə öz təşəkkürünü bildirib.

Tədbirdə “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin prodüseri və ssenari müəllifi Sərvər Bayramov da çıxış edərək bildirib ki, “Filmin Laçında təqdim edilməsində məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində öz doğma torpaqlarına, dədə-baba yurduna dönən laçınlılar və ətraf ərazilərdə yaşayan soydaşlarımızın asudə vaxtlarının səmərəliliyinə töhfə vermək, zəngin tarixi irsimizi, xalqımızın qəhrəmanlıq səlnaməsini gündəmə gətirməklə əlavə qürur mənbəyi formalaşdırmaqdır. Hesab edirəm ki, film Laçında və ətraf ərazilərdə bərpa olunan həyatın ahənginə rəng qatacaq. Bu filmdə Zəngəzur mövzusu və Vətən Müharibəsi, şanlı Zəfərlə bağlı şüuraltı mesajların yer alması, günümüzlə müəyyən tarixi paralellərin aparılması ideoloji mahiyyəti etibarilə xüsusi əhəmiyyət kəsb edir. Eyni zamanda mövzu məkan anlamında Şərqi Zəngəzur – Laçın üçün səciyyəvidir və azad ərazilərdə nümayişi rəmzi məna daşıyır. “Azərbaycan Atabəyləri” bədii-sənədli filmi milli dövlətçiliyimiz, mədəniyyətimizin intibah dövrü sayılan 12-13-cü əsrləri əks etdirir”.

Daha sonra çıxış edən Xalq artisti Mehriban Zəki bu filmin Laçında təqdimatını böyük uğurun başlanğıcı adlandırıb.

“Biz arzularımıza çatmışıq. İndi tam təhlükəsiz bir şəraitdə Laçında, dağlar qoynunda film izləyirik. Mən hər birinizi bu gün münasibətilə təbrik edirəm”-deyə Xalq artisti bildirib.

Ardınca mərasimdə iştirak edən qonaqlar böyük coşqu ilə tarixi bədii-sənədli filmi izləyiblər.

Təqdimatda şəhid ailələri, qazilər, Laçın sakinləri və ətraf ərazilərdə yaşayan vətəndaşlar iştirak ediblər.

“Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub “Azərbaycan Atabəyləri” bədii-sənədli filminin növbəti təqdimatı Laçında baş tutub
Məqalədə: #Laçın

Mövzu üzrə digər xəbərlər

Laçında inşa edilən kanat yolundan son görüntülər
Cəmiyyət

Laçında inşa edilən kanat yolundan son görüntülər

23 Aprel 12:25
Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb
Cəmiyyət

Bakı-Laçın reysi üzrə ilk avtobus yola düşüb

25 Fevral 10:48
Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb
Cəmiyyət

Azad edilmiş ərazilərdə 7000-dən artıq LED işıqlandırma qurğusu quraşdırılıb

6 Yanvar 11:01
DİN bayram günlərində azad olunan ərazilərə səfər edənlərə müraciət etdi
Cəmiyyət

DİN bayram günlərində azad olunan ərazilərə səfər edənlərə müraciət etdi

27 Dekabr 2025 10:31

Son Xəbərlər

Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
Xarəzm elmi mühitində yetişmiş azərbaycanlı alim: Fəxrəddin əl-Arrani
11:07
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
Sudanda müharibə səbəbilə elektrik böhranı dərinləşir
11:02
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
Səhrada mühəndislik möcüzəsi: Mərib səddi necə tikildi və niyə dağıldı?
11:00
Omanda nəqliyyat və logistika sektorunda  yaşıl hidrogen dövrü başlayır
Omanda nəqliyyat və logistika sektorunda yaşıl hidrogen dövrü başlayır
10:54
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
Səudiyyə Ərəbistanının humanitar yardımlarının həcmi 145 milyard dolları ötüb
10:53
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.