14 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Azərbaycan qəzəlinin ustadı Əliağa Vahidin 130 illiyi tamam olur

17 Fevral 2025 17:12
Azərbaycan qəzəlinin ustadı Əliağa Vahidin 130 illiyi tamam olur

Bakı, AzerVoice

Bu gün Azərbaycanın böyük qəzəlxan şairi Əliağa Vahidin anadan olmasının 130 illiyi qeyd olunur.

Onun yaradıcılığı Azərbaycan ədəbiyyatının ən dəyərli incilərindən biri hesab edilir. Qəzəl janrına yeni nəfəs gətirən Vahid, klassik poeziyanın zəngin ənənələrini özünəməxsus üslubda davam etdirərək, onu xalq ruhuna yaxınlaşdırıb.

Əliağa Vahid özünü böyük Füzulinin yadigarı hesab edirdi. Onun poeziyasında əruz vəzninin incəlikləri, ifadə və təsvir vasitələrinin dolğunluğu diqqət çəkir. Şairin qəzəlləri yalnız eşq mövzusunu əhatə etmirdi – o, xalqın dərdini, Vətən sevgisini, satirik şeirlərində isə ictimai haqsızlıqları və mövhumatı ustalıqla qələmə alırdı.

1895-ci il fevralın 17-də Bakıda anadan olan Əliağa Vahid, gənc yaşlarında təhsilini yarımçıq qoyaraq xarrat kimi çalışıb. Lakin poeziyaya olan sevgisi onu “Məcməüş-şüəra” ədəbi məclisinə aparıb. İlk şeiri 1914-cü ildə çap olunan Vahid, öz kəskin hazırcavablığı ilə seçilib və məhz bu xüsusiyyətinə görə ustad şairlər ona “Vahid” ləqəbini veriblər.

İkinci Dünya müharibəsi illərində Vətənə sevgini, qələbə ruhunu aşılayan “Döyüş qəzəlləri” və “Qəzəllər” kitablarını ərsəyə gətirib. Onun qəzəlləri xalq arasında dillər əzbəri olub, xanəndələrin repertuarında xüsusi yer tutub. Eyni zamanda, Nizami, Xaqani, Füzuli və Nəvainin qəzəllərini Azərbaycan dilinə tərcümə edərək klassik irsi daha geniş oxucu kütləsinə tanıdıb.

Əliağa Vahid 1965-ci il oktyabrın 1-də Bakıda vəfat edib. Lakin onun yaradıcılığı bu gün də yaşayır və sevilir. 2015-ci ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan Sərəncamla şairin 120 illiyi ölkədə geniş şəkildə qeyd olunub. 2019-cu ildə isə onun əsərləri dövlət varidatı elan edilib.

Əliağa Vahid Azərbaycan poeziyasının parlaq simalarından biri olaraq poetik irsi, xalq dilinə yaxın sadə və axıcı ifadələri ilə qəzəl janrına verdiyi töhfələr Azərbaycan ədəbiyyatında silinməz iz buraxıb.

Məqalədə: #Əliağa Vahid

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
Qətər Ərəb Əmək Konfransında rəqəmsal əmək bazarını müzakirə edir
15:23
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
Məhəmməd bin Salman ABŞ Mərkəzi Komandanlığının rəhbəri ilə görüşüb
15:16
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
İranla Oman Hörmüzlə bağlı razılığa gəldi: ABŞ nə edəcək? - Rufiz Hafizoğlu
15:02
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
Cənubi Koreya husilərin Səudiyyə Ərəbistanına hücumunu pisləyib
14:05
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
Çin husiləri Səudiyyə Ərəbistanına hücumları dayandırmağa çağırıb
14:00
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.