6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib

20 May 2025 16:32
Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib

BAKI, AzerVoice

17 May 2025-ci tarixində, Türk Mədəniyyəti və İrsi Fondu (TMİF) və TİKA-nın birgə əməkdaşlığı və Akdeniz Universiteti, Sualtı Arxeologiya Tədqiqat və Tətbiq Mərkəzi və Kəmər Təbliğat Fondu (KETAV) təşkilatçılığı ilə keçirilən 24-cü Beynəlxalq Kəmər Sualtı Günləri çərçivəsində, “Türk Dünyasında Sualtı Mədəni Mirasın Qorunması İstiqamətində Xüsusi Panel” baş tutub.

AzerVoice xəbər verir ki, panel TMİF-in prezidenti Aktotı Raimkulovanın açılış nitqinin Fondun layihə rəhbəri Nuri Aksu tərəfindən səsləndirilməsi ilə başlamışdır. Prezidentin çıxışında sualtı mədəni irsin qorunmasının Türk dünyasının ortaq tarixi mirasının üzə çıxarılması baxımından mühüm əhəmiyyət daşıdığı vurğulanıb, bu sahədə birgə layihələrin hazırlanmasına dair çağırış səsləndirilib.

Panel proqramı, Fondun layihə rəhbəri Nuri Aksunun moderatoluğu altında, altı ölkənin təqdimatları ilə davam edib:

Azərbaycan Mədəniyyət Nazirliyinin iclasdakı nümayəndəsi Mahir Qəhrəmanov öz çıxışında Azərbaycanda sualtı arxeologiyanın üç dövrü əhatə edən tarixi inkişaf mərhələləri barədə məlumat təqdim edib. Bayıl qalası (Səbayıl qəsri) və Xəzər dənizi sahilindəki mühüm arxeoloji xarabalıqlar üzərində aparılan tədqiqatlardan bəhs olunan təqdimatda 1938-ci ildən bu günə qədər 4000-dən artıq tarixi obyektin müəyyən edildiyi vurğulanıb. Onun sözlərinə görə, 2024-cü ildə Xəzər Arxeoloji Ekspedisiyası tərəfindən Pirallahı və Zirə bölgəsində aparılan tədqiqatlar nəticəsində batmış gəmilər aşkar edilib.

Esik Dövlət Tarix və Mədəniyyət Muzeyi Qoruğunun nümayəndəsi Dosım Zikiriyanın Qazaxıstandakı sualtı irs ilə bağlı çıxışı zamanı Manqıstau bölgəsi, Ketikqala Limanı və Fort-Şevçenko kimi mühüm sualtı mədəni irs sahələri təqdim olunub. Zikiriya, 2020-ci ildə Xəzər dənizində aşkar olunan tarixi neft tankerinin ölkədə sualtı irsə marağı artırdığını qeyd edib. O, həmçinin Sarayşık şəhəri (orta əsrlərə aid) kimi qismən su altında qalmış ərazilərdə aparılan araşdırmalar haqqında da məlumat verib. Təqdimatda Qazaxıstanda mədəni dalğıc turizminin potensialı xüsusi vurğulanıb.

Qırğızıstanın Mədəniyyət, İnformasiya və Gənclər Siyasəti Nazirliyinin mütəxəssisi Aypəri Stanaliyeva öz təqdimatında 2023–2024-cü illərdə İssık Gölünün şimal sahilində aparılan tədqiqatlara toxunub. Stanalieva, Toru-Aygır bölgəsində həyata keçirilən sonar sistemi ilə edilən axtarışlar və dalışlar nəticəsində kərpic tikililər, təndir qalıqları və sənaye komplekslərinin izlərinin aşkar edildiyini qeyd edib. O, həmçinin aparılan araşdırmalarda Son Orta əsrlərə aid keramika nümunələri və heyvan sümüklərinin tapıldığını əlavə edib. Təqdimatda fotoqrammetriya və 3D modelləşdirmə texnikalarının tətbiqi ilə bu tikililərin qorunması və yenidən qurulması məqsədilə rəqəmsal infrastrukturun formalaşdırıldığı vurğulanıb.

Akdeniz Universiteti Sualtı Arxeologiyası Tədqiqat və Tətbiq Mərkəzinin direktoru və 24-cü Beynəlxalq Kəmər Sualtı Günlərinin təşkilatçısı dosent Hakan Öniz öz təqdimatında Uluburun və Gelidonya batıqları kimi beynəlxalq tanınmış arxeoloji kəşflərdən bəhs edərək Türkiyənin sualtı mədəni irsinə dair təcrübəsini iştirakçılarla bölüşüb. Dosent Dr. Öniz Türkiyədə YUNESKO meyarlarına uyğun şəkildə həyata keçirilən sualtı irsin mühafizəsi siyasətləri və tədris proqramları haqqında məlumat verib. O, Türk dünyasından olan iştirakçılara Türkiyənin sualtı irsi sahəsindəki təcrübəsini bölüşməyi təklif edib. Dosent Dr. Öniz bu xüsusi panelin təşkilinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirib.

Macarıstandakı sualtı irsi üzrə tədqiqatlardan bəhs edən Arpad Muzeyinin nümayəndəsi Dr. Attila Tot, Dunay çayı boyunca aparılan araşdırmalar çərçivəsində Osmanlı dövrünə aid sualtı tikililərin sənədləşdirilməsinə diqqət yetirildiyini bildirib. O, çay yatağında aşkar olunan batmış qalıqları və körpü əsaslarının Türk–Macar ortaq tarixinə işıq saldığını qeyd edib. Dr. Tot, həmçinin tələbələrlə birlikdə həyata keçirilən areal tətbiqləri və rəqəmsal xəritələşdirmə layihələrindən nümunələr təqdim edib.

Özbəkistan Mədəni İrs Agentliyinin nümayəndəsi Baxtiyor Amatov çıxışında Aral gölü və ətraf ərazilərdə yerləşən tarixi məskənlərin dəyişən su səviyyələri nəticəsində necə su altında qaldığından bəhs edərək, burada inkişaf etməkdə olan turizm fəaliyyətləri haqqında məlumat verib. Amatov, bu toplantını təşkil etdiyinə görə Türk Mədəniyyəti və İrsi Fonduna təşəkkürünü bildirərək, bu istiqamətdə həyata keçirilən işlərin və əməkdaşlıqların artaraq davam etməsindən duyduğu məmnuniyyəti və həyəcanı dilə gətirib.

Xüsusi paneldən sonra Türk dünyasından və beynəlxalq qurumlardan olan mütəxəssislərin iştirakı ilə Türk dünyasında sualtı mədəni irs sahəsində ortaq yanaşmanın formalaşdırılması məqsədilə Dəyirmi Masa keçirilib. İclasın açılışında dosent Hakan Öniz və Nuri Aksu infrastruktur, maliyyələşmə, təhsil və əməkdaşlıq mövzularının əhəmiyyətinə diqqət çəkiblər. İştirakçılar, Türk dünyasında fəaliyyət göstərən müvafiq qurumların Türkiyənin bu sahədəki təcrübəsindən faydalanmaq istədiklərini bildiriblər. Görüş zamanı Türkiyənin Gelibolu batıqları kimi mədəni irs obyektlərinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasının vacibliyi, Qırğızıstanda sualtı mədəni irs üzrə mütəxəssis hazırlığının inkişaf etdirilməsi və turizm potensialının gücləndirilməsi, eləcə də Qazaxıstan və Özbəkistanla bu sahədə əməkdaşlıq imkanlarının dəyərləndirilməsi məsələləri müzakirə olunub.

Həmçinin, səyyar sərgilərin və birgə simpoziumların təşkili, CMAS çətiri altında yüksək səviyyəli dalğıc təlimləri, birgə Avropa layihələri, sualtı fotoqrafiya üzrə seminarlar, tələbə və laboratoriya mübadilələri, Türk dövlətlərindəki aidiyyəti qurumlarla sualtı mədəni irs mövzusunda ildə ən azı bir ortaq görüşün keçirilməsi kimi təkliflər irəli sürülüb. İştirakçılar sualtı mədəni irsin tanıdılması məqsədilə rəqəmsal məlumat bazasının yaradılmasını və ən yaxşı təcrübə nümunələrinin paylaşılmasını tövsiyə ediblər. Görüş, ortaq mədəni irsin qorunması sahəsində beynəlxalq əməkdaşlığın gücləndirilməsi və birgə fəaliyyət çağırışı ilə başa çatıb. İclasda səsləndirilən təkliflər Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən sənədləşdirilərək Türk dünyasındakı qurumlarla paylaşılacaq və bu sahədə təcrübə mübadiləsinin artırılması məqsədilə Türk Dünyası Sualtı İrs Şəbəkəsinin yaradılması təklif olunacaq.

Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib Kəmər şəhərində Türk Dünyasının Sualtı İrsi Müzakirə edilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu #Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA)

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
İsrailin Livana hücumları 2023-cü ildən bəri 9 minə yaxın insanın ölümünə səbəb olub
5 Sentyabr 22:32
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
“OpenAI” gözlənilməz süni intellekt davranışları barədə xəbərdarlıq edib
5 Sentyabr 22:21
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
Berlində haker hücumundan sonra böhran tədbirləri başladılıb
5 Sentyabr 22:14
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.