6 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Türk Dövlətləri Özbəkistan
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Özbəkistan Milli İnformasiya Agentliyinin (UZA) Baş direktoru cənab Abdusaid Kuçimov ilə görüşüb. Görüş zamanı tərəflər Fond ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə edərək, türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş beynəlxalq mədəni-humanitar layihə və təşəbbüslərin informasiya dəstəyinə xüsusi diqqət yetiriblər.

28 Avqust 2026 16:52
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

BAKI,VOA, Həcər Nazarova

28 avqust 2026-cı il tarixində Özbəkistan Respublikasına işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Özbəkistan Milli İnformasiya Agentliyinin (UZA) Baş direktoru cənab Abdusaid Kuçimov ilə görüşüb.

Görüş zamanı tərəflər Fond ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında əməkdaşlığın perspektivlərini müzakirə edərək, türk xalqlarının maddi və qeyri-maddi mədəni irsinin qorunması, öyrənilməsi və təbliğinə yönəlmiş beynəlxalq mədəni-humanitar layihə və təşəbbüslərin informasiya dəstəyinə xüsusi diqqət yetiriblər.

Professor Aktotı Raimkulova Fondun əsas layihə və təşəbbüsləri, o cümlədən “Türk mədəni irsinin çoxdilli kataloqu”, “Türk folkloru antologiyası”, TurkicHeritage rəqəmsal platforması, bərpa, nəşriyyat və elmi-maarifləndirici layihələr, eləcə də Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş tədbirlər barədə məlumat verib.

Özbəkistan Milli İnformasiya Agentliyinin Baş direktoru cənab Abdusaid Kuçimov Türk Mədəniyyəti və İrsi Fondunun fəaliyyətini, türk xalqlarının ortaq mədəni irsinin qorunması və təbliği istiqamətində həyata keçirdiyi işləri yüksək qiymətləndirərək, Fondun layihə və təşəbbüslərinə informasiya dəstəyinin göstərilməsində maraqlı olduğunu bildirib.

Tərəflər, həmçinin birgə media layihələrinin həyata keçirilməsi, türk dünyasının mədəniyyət və irsinin beynəlxalq media məkanında daha geniş təqdim olunmasına töhfə verəcək tematik nəşrlərin, müsahibələrin, foto və videomaterialların hazırlanması ilə bağlı fikir mübadiləsi aparıblar.

Görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Özbəkistan Milli İnformasiya Agentliyi arasında Əməkdaşlıq Memorandumunun imzalanması imkanları da nəzərdən keçirilib.

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Məqalədə: #Aktotı Raimkulova #Türk Mədəniyyəti və İrsi Fondu #Birinci Türkoloji Qurultay #Türk mədəni irsi #TurkicHeritage #Özbəkistan Milli İnformasiya Agentliyi #Abdusaid Kuçimov #türk folkloru #Özbəkistan-Türk dünyası əlaqələri #türk mədəniyyətinin təbliği

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Qazaxıstanın Özbəkistandakı yeni təyin olunmuş səfiri ilə görüşüb

24 Avqust 10:02
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
Ben-Qvir Qəzzanın boşaldılması planından geri çəkilməyəcəyini bəyan edib
08:08
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
Qərbdə qadağan edildi, ərəb səhralarında həyat qurtarır - Yeni "Pajero"nun polad zirehi
07:48
Londonda  səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
Londonda səudiyyəli turistin bıçaqlanması ciddi narahatlığa səbəb olub
07:22
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
Hava piratlığı, hərbi basqınlar və diplomatik masalar: 6 sentyabrda nələr dəyişdi?
00:10
Tarixdə bu gün - 6 Sentyabr
Tarixdə bu gün - 6 Sentyabr
00:01
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi innovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.