5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib

10 İyun 2025 16:51
Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib

BAKI, AzerVoice

10–11 iyun 2025-ci il tarixlərində Qazaxıstanın Türküstan şəhərində Türk Mədəniyyəti və İrsi Fondunun və Türküstan vilayətinin Akiminin dəstəyi ilə “Türk sivilizasiyasının abidələri: Tədqiqat yolları, mühafizə və bərpa metodları” mövzusunda “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu keçirilib.

AzerVoice xəbər verir ki,Tədbir türk mədəni irsinə məxsus memarlıq abidələrinin öyrənilməsi, qorunması və bərpasına həsr olunub. Simpoziumun məqsədi türk ölkələrindən olan memar, bərpaçı, alim və ekspertlərin təcrübə mübadiləsi aparmaları üçün peşəkar platforma yaratmaqdır.

Simpoziumun təntənəli açılış mərasimində Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova, Türküstan vilayətinin Akim müavini Yertay Altayev, ICESCO-nun irs üzrə eksperti Osama Elnahas, Qazaxıstan Respublikasının Mədəniyyət və İnformasiya Nazirliyinin nümayəndələri, eləcə də beynəlxalq ekspertlər iştirak ediblər.

Plenar iclas çərçivəsində Türk ölkələrinin elmi institutlarının nümayəndələrinin məruzələri dinlənilib. Məruzələrdə memarlıq irsinin araşdırılmasında müasir texnologiyaların tətbiqi, bərpa metodları, ənənəvi tikinti materialları və iqlim şəraitinin abidələrin qorunmasına təsiri kimi məsələlərə xüsusi diqqət yetirilib.

Simpoziumun gedişatı “Türk mədəni irsinin abidələrinin tarixi-mədəni əhəmiyyəti və tədqiqi” və “Memarlıq abidələrinin qorunması və bərpası” mövzularında panel sessiyaları ilə davam edib. Sessiyalarda türk mədəni irsinin abidələrinin tarixi və mədəni dəyəri, bərpa işlərində rəqəmsal həllər, profilaktik konservasiya və mədəni irsin qorunmasında fənlərarası yanaşmalar müzakirə olunub. Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Macarıstandan olan mütəxəssislər öz təcrübələrini bölüşüblər.

Tədbirin diqqətçəkən məqamlarından biri böyük ensiklopedik əsər – Mahmud Kaşğarinin “Divani Lüğat-it-Türk” kitabının 950 illiyinə həsr olunmuş sərgi və Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin mədəniyyət mərkəzində nümayiş etdirilən «Мың заман – бір Түркістан» adlı musiqili tamaşa olub.

Simpoziumun proqramı çərçivəsində Arıstan-bab və Xoca Əhməd Yəsəvi türbələrinin yerləşdiyi Otrar rayonu üzrə səfər də təşkil edilib ki, bu da iştirakçılara türk memarlıq ənənəsinin canlı nümunələri ilə yerində tanış olmaq imkanı yaradıb.

Tədbir türk dünyasının ortaq irsinin qorunması və tanıdılması sahəsində elmi və praktiki əməkdaşlığın inkişafına mühüm töhfə olub.

Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib Türküstanda Türk Mədəniyyəti və İrsi Fondu “Türk Dünyasının Memarları və Bərpaçıları” II Beynəlxalq Simpoziumu Keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondu #Türküstan

Mövzu üzrə digər xəbərlər

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi –  Daşkənd Bəyannaməsi qəbul edildi
Özbəkistan

Daşkənddə Özbəkistan və Qazaxıstan yazıçılarının Beynəlxalq Forumu keçirildi – Daşkənd Bəyannaməsi qəbul edildi

4 Sentyabr 19:56
Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir
Özbəkistan

Türk Mədəniyyəti və İrsi Fondu Özbəkistanla informasiya sahəsində əməkdaşlığı genişləndirir

28 Avqust 16:52
Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub
Türk Dövlətləri

Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

19 Avqust 16:25
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb
Türk Dövlətləri

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

18 Avqust 14:04

Son Xəbərlər

"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
"Qara Sentyabr" əməliyyatından Kemp-Devid zirvəsinə: 5 sentyabrda Yaxın Şərqdə nə baş verdi?
03:00
Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.