10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib

20 fevral 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Bakı Dövlət Universitetində olub və universitetin rektoru, professor Elçin Babayev ilə görüş keçirib.

23 Fevral 2026 09:59
Baku
Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib

Bakı. VOA:

20 fevral 2026-cı il tarixində Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova Bakı Dövlət Universitetində olub və universitetin rektoru, professor Elçin Babayev ilə görüş keçirib.

VOA xəbər verir ki, görüş zamanı Türk Mədəniyyəti və İrsi Fondu ilə Bakı Dövlət Universiteti arasında əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Tərəflər zəngin və qədim türk mədəni irsinin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində elmi və təhsil müəssisələri arasında əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, universitetlərdə türk mədəni irsinin öyrənilməsi, elmi tədqiqatların təşviqi və bu sahəyə marağın artırılması məsələləri xüsusi diqqət mərkəzində olub.

Görüş çərçivəsində qarşılıqlı maraq doğuran istiqamətlər üzrə birgə layihələrin həyata keçirilməsi, akademik əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin təşviqi ilə bağlı niyyət ifadə olunub.

Səfər çərçivəsində professor Aktotı Raimkulova Bakı Dövlət Universitetinin Heydər Əliyev Muzeyi və Lektoriyası, Faydalı Qazıntılar Muzeyi, həmçinin universitetin müasir Elmi Kitabxanası ilə tanış olub. Universitetin fəaliyyəti, elmi-tədqiqat istiqamətləri və mövcud elmi potensialı barədə ətraflı məlumat təqdim edilib.

Görüş qarşılıqlı anlaşma və konstruktiv dialoq şəraitində keçib.

Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti ilə Bakı Dövlət Universitetinin rektoru arasında görüş keçirilib
Məqalədə: #Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova #professor Elçin Babayev

Mövzu üzrə digər xəbərlər

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35
Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu
Mədəniyyət

Səudiyyə yazıçısı Qahirədə Nəcib Məhfuz mükafatına namizəd oldu

1 Sentyabr 15:31

Son Xəbərlər

Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
Taifdəki gənc dəvə bir qaçışa milyonçu oldu
11:23
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
Qəddafi ailəsinin taleyi: Aişə Qəddafinin həyatı və sürgün illəri
11:00
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
10:37
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
"Yaşıl Səudiyyə Təşəbbüsü" genişlənir: 5000 kvadrat kilometrlik təbiət zonası beynəlxalq reyestrə daxil edilib
10:06
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
İsrail Fələstin tərəfdarlarının etirazları fonunda Sloveniyada ilk səfirliyini açdı
10:02
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.