15 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ Cəmiyyət Mədəniyyət
Mədəniyyət

Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib

İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçirilib. Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.

2 İyul 2026 10:59
Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib

BAKI,VOA

İyulun 1-də Azərbaycan Milli Xalça Muzeyində “Xalça Muzeyi Fashion Show: Zamanın naxışları” adlı moda nümayişi keçirilib.

Alyona Əliyeva tədbirdə iştirak edib.

Tədbirdə çıxış edən Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova bildirib ki, muzeyin tarixində ilk dəfə olaraq ekspozisiya və fondlarda qorunan Azərbaycan xalçalarının naxışlarından ilhamlanaraq yerli dizaynerlər tərəfindən yeni moda kolleksiyaları hazırlanıb.

Direktor layihəyə qoşulan dizaynerlərə təşəkkürünü bildirərək deyib: “İlk dəvətimizdən etibarən böyük həvəslə bu təşəbbüsə qoşuldular və altı ay ərzində Azərbaycan Milli Xalça Muzeyinin kollektivi ilə çiyin-çiyinə çalışdılar. Fondlarımızda araşdırmalar apardılar, qədim xalça nümunələrini öyrəndilər və bu gün təqdim olunan kolleksiyalar məhz həmin zəhmətin uğurlu nəticəsidir”.

Ə.Məlikova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən keçirilən tədbir görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun anadan olmasının 120 illiyinə həsr edilib.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova çıxışında vurğulayıb ki, Azərbaycan xalçası əsrlər boyu xalqımızın estetik zövqünü, dünyagörüşünü, həyat tərzini və mənəvi dəyərlərini yaşadan nadir sənət nümunəsidir. Onun sözlərinə görə, hər bir naxış, rəng çaları və kompozisiya yalnız bədii element deyil, həm də tariximizin, milli kimliyimizin və mədəni yaddaşımızın daşıyıcısıdır.

Nazir müavini bildirib ki, milli irsin yaşadılması təkcə onun qorunması ilə deyil, həm də müasir dövrün dili ilə yenidən təqdim olunması ilə mümkündür. Bu baxımdan yaradıcı sənaye sahələrinin, xüsusilə dizayn və modanın milli irsin təbliğində rolu getdikcə artır. O qeyd edib ki, təqdim olunan kolleksiyalar ənənə ilə innovasiyanın vəhdət təşkil etdiyi zaman milli irsin yeni nəfəs qazandığını, daha geniş auditoriyaya çatdığını və aktuallığını qoruduğunu bir daha nümayiş etdirir.

Daha sonra layihə üçün xüsusi hazırlanmış videoçarx nümayiş olunub.

Layihə Azərbaycan xalqının zəngin milli-mədəni irsinin müasir moda dili ilə təqdimatına həsr olunub və ölkənin tanınmış modelyer-dizaynerlərini vahid yaradıcı platformada bir araya gətirib.

Moda nümayişində Azərbaycan xalçaçılıq sənətinin zəngin ənənələri, milli ornamentlər və qədim simvollar müasir estetik baxış prizmasından təqdim edilib. Layihənin əsas ilham mənbələrindən biri bu il 120 illik yubileyi qeyd olunan görkəmli alim, xalçaşünas və rəssam Lətif Kərimovun zəngin yaradıcılığı olub. Dizaynerlər onun yaratdığı xalça kompozisiyalarını, naxışlarını, rəng harmoniyasını və bədii-estetik prinsiplərini müasir geyim kolleksiyalarında yaradıcı şəkildə əks etdiriblər.

“Fashion Show” çərçivəsində 14 peşəkar modelyer-dizayner – Fəxriyyə Xələfova, Gülnarə Xəlilova, Leyla Əhmədova, Yeganə Sadıqova, Mətanət Bayramova, Xəyalə Məsimova, Səbinə Zülalova, Leyla Babazadə, Günay Əliyeva, Şəbnəm Bayramova, Əcəmi Azər, Kübra Nuriyeva, Afaq İsmayılzadə və Xəyalə Bayramovanın hazırladığı ümumilikdə 116 geyim nümayiş etdirilib.

Layihənin əsas məqsədi Azərbaycan xalçaçılıq sənətinin təbliği, milli-mədəni irsin qorunaraq gələcək nəsillərə ötürülməsi, həmçinin bu irsin müasir təqdimat formaları vasitəsilə daha geniş auditoriyaya çatdırılmasıdır.

Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib Alyona Əliyeva Azərbaycan Milli Xalça Muzeyində “Zamanın naxışları” moda nümayişində iştirak edib
Məqalədə: #Azərbaycan Milli Xalça Muzeyi #Alyona Əliyeva

Mövzu üzrə digər xəbərlər

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək
Səudiyyə Ərəbistanı

Səudiyyə Ərəbistanında qlobal dizayn yarışması keçiriləcək

11 Sentyabr 12:43
Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub
Mədəniyyət

Türkmənistanın nüfuzlu Orient.tm portalında Azərbaycanın turizm potensialı təqdim olunub

8 Sentyabr 10:22
Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub
Mədəniyyət

Azərbaycan ilə bp arasında mədəni əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

3 Sentyabr 18:29
Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur
Mədəniyyət

Mərakeş folklorunda müqavimət obrazı "Aişə Qəndişə" obrazı yenidən doğulur

2 Sentyabr 16:35

Son Xəbərlər

Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
Osmanlı qarnizonunun süqutundan Paris paktına -15 sentyabrda ərəb əlkələrində nələr baş verdi
00:10
Tarixdə bu gün - 15 sentyabr
Tarixdə bu gün - 15 sentyabr
00:01
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
Skott Bessent İranla bağlı məlumat verənlərin mükafatlandırıla biləcəyini açıqlayıb
14 Sentyabr 22:34
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
İordaniya və Çin Əqəbədə yaşıl hidrogen layihəsi üzrə memorandum imzalayıb
14 Sentyabr 22:07
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
Anthropic maliyyə sektoru üçün yeni Claude alətini təqdim edib
14 Sentyabr 21:57
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.