5 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Yuxuyozma
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • Təhlil
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Çindən Türkiyə limanlarına 7 milyon tondan çox yük daşınıb (ÖZƏL)

2024-cü ilin yanvar-sentyabr aylarında Çindən Türk limanlarına 7 milyon 195 min 542 ton yük daşınıb.

21 Oktyabr 2024 13:20
Çindən Türkiyə limanlarına 7 milyon tondan çox yük daşınıb (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-sentyabr aylarında Çindən Türk limanlarına 7 milyon 195 min 542 ton yük daşınıb.

Bu barədə AzerVoice - a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, bu müddət ərzində Türkiyə bayrağı altında üzən gəmilər Çindən Türkiyə limanlarına 36 min 780 ton yük daşıyıb.

“Bu ilin yanvar-sentyabr aylarında Çindən Türkiyəyə digər dövlətlərin bayrağı altında üzən gəmilərlə 6 milyon 739 min 698 ton yük daşınıb” – deyə nazirlikdən bildiriblər.

Nazirlikdən verilən məlumatda qeyd olunur ki, bu müddət ərzində Çindən Türkiyəyə Çin bayrağı ilə üzən gəmilərlə 419 min 64 ton yük çatdırılıb.

2024-cü ilin yanvar-sentyabr aylarında Çindən Türkiyə limanlarına 1 milyon 919 min 720 ton tranzit yük daşınıb.

Qeyd edək ki, 2024-cü ilin sentyabr ayında Türkiyə limanları 30 milyon 878 min 569 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 710 min 506 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 28 milyon 168 min 63 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin sentyabr ayında Türkiyə limanlarından 5 milyon 293 min 766 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- sentyabr aylarında Türkiyə limanları 298 milyon 687 min 329 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 22 milyon 618 min 850 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 276 milyon 68 min 479 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanlarından 51 milyon 825 min 408 ton transit yük daşınıb.

Qeyd edək ki, sentyabr ayında Türkiyə limanları 5 min 466 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 174, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə 3 min 292 olub.

2024-cü ilin yanvar-sentyabr aylarında Türkiyə limanları 46 min 314 gəmi qəbul edib.

Məqalədə: #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi

Mövzu üzrə digər xəbərlər

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Tekirdağ limanından 23 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 16:00
Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)
Türkiyə

Kocaeli limanından 42 milyon tonu yük daşınıb (ÖZƏL)

29 İyul 14:00
İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

İskenderun limanında "yük" partlayışı - 36 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 12:00
Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)
İqtisadiyyat

Ceyhan limanında "yük" partlayışı - 26 milyon tonu kim daşıdı? (ÖZƏL)

29 İyul 10:05

Son Xəbərlər

Tarixdə bu gün - 5 Sentyabr
Tarixdə bu gün - 5 Sentyabr
00:01
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
İran ABŞ və Avropanın nüvə məsələsini BMT Təhlükəsizlik Şurasına çıxarmaq cəhdini pisləyib
4 Sentyabr 22:24
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
Qətər İranın Rəs Laffan hücumu ilə bağlı iddialarını təkzib edib
4 Sentyabr 22:00
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
ABŞ və Çin sentyabrda süni intellekt təhlükəsizliyi üzrə danışıqlara hazırlaşır
4 Sentyabr 21:42
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
İsrail ordusu Livanın cənubunda zərbələr endirməyə hazırlaşır
4 Sentyabr 21:32
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Siyasət
  • Hərbi İnnovasiyalar
  • Digər Dövlətlər

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.