11 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

ARDNF rəhbərliyi Səudiyyə Ərəbistana səfər edib

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq maliyyə bazarında strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və investisiya portfelini şaxələndirmək istiqamətində görülən işlər çərçivəsində Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

1 Noyabr 2024 13:25
ARDNF rəhbərliyi Səudiyyə Ərəbistana səfər edib

Bakı, AzerVoice

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq maliyyə bazarında strateji tərəfdaşlıq əlaqələrini genişləndirmək və investisiya portfelini şaxələndirmək istiqamətində görülən işlər çərçivəsində Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

AzerVoice xəbər verir ki, bu barədə Dövlət Neft Fondu məlumat yayıb.

Bildirilib ki, səfər müddətində nümayəndə heyəti Səudiyyə Ərəbistanının Maliyyə naziri Mohammed Al-Jadaan və İnvestisiya naziri Khalid A. Al-Falih kimi dövlət rəsmiləri, eləcə də "BSF", "Vision Invest", "Gulf Islamic Investments", "Investcorp", "Sanabil", "Dubai Holding" və "Gulf Capital" kimi bir sıra aparıcı şirkətlərin rəhbərləri ilə mühüm görüşlər keçirib. Görüşlər zamanı iqtisadi əlaqələrin genişləndirilməsi, qarşılıqlı sərmayələrin təşviqi və əməkdaşlığın inkişaf perspektivləri, potensial investisiya imkanları, eləcə də strateji layihələr müzakirə edilib. Tərəflər, innovasiya, dayanıqlı inkişaf və iqtisadi diversifikasiya kimi qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq imkanlarını dəyərləndiriblər.

Nümayəndə heyəti eyni zamanda səfər çərçivəsində, 29-31 oktyabr tarixlərində Səudiyyə Ərəbistanının Riyad şəhərində keçirilən VIII Gələcək İnvestisiya Təşəbbüsü Forumunda (FII8) da iştirak edib. FII8 dünyanın ən nüfuzlu liderlərini və ekspertlərini bir araya gətirərək, qlobal çağırışlara cavab verən transformativ investisiya imkanlarını müzakirə etmək məqsədi daşıyıb. Forum çərçivəsində ARDNF-nin nümayəndə heyəti "Franklin Templeton", "Starwood" və "Brookfield" kimi dünyanın aparıcı maliyyə şirkətlərinin rəhbərləri ilə məhsuldar görüşlər keçirib. FII8 forumu çərçivəsində aparılan müzakirələr, beynəlxalq tərəfdaşlarla yeni əməkdaşlıq imkanlarının təməlini qoymaqla yanaşı, Dövlət Neft Fondunun qlobal investisiya təcrübəsini zənginləşdirməsi baxımından da mühüm platforma rolunu oynayıb.

ARDNF rəhbərliyi Səudiyyə Ərəbistana səfər edib ARDNF rəhbərliyi Səudiyyə Ərəbistana səfər edib ARDNF rəhbərliyi Səudiyyə Ərəbistana səfər edib
Məqalədə: #Səudiyyə Ərəbistanı #Azərbaycan Dövlət Neft Fondu

Mövzu üzrə digər xəbərlər

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

13:23
İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?
İqtisadiyyat

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu: Azərbaycan investorlar üçün nə vəd edir?

11:53
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

10 Sentyabr 14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

10 Sentyabr 13:49

Son Xəbərlər

Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
Qətər Körfəzdə vahid turizm sisteminin yaradılmasına çağırıb
17:54
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
Əl-Əqsada cümə namazına on minlərlə insan qatılıb
17:50
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
ABŞ-də neft qiymətləri həftəni 100 dollardan yuxarı başa vurmağa hazırlaşır
17:46
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
İran heç vaxt olmadığı qədər zəifləyib - Benyamin Netanyahu
17:42
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
İsrael Kats Hizbullaha qarşı əməliyyatların davam edəcəyini bildirib
17:39
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.