13 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib

Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və "CESI SpA" şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.

13 Noyabr 2024 11:20
Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib

Bakı, AzerVoice

Energetika naziri Pərviz Şahbazov COP tədbiri çərçivəsində Pakistanın neft üzrə dövlət naziri Musadik Malik və "CESI SpA" şirkətinin Baş icraçı direktoru Nikola Melchiotti ilə görüşüb.

AzerVoice xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Pakistanın neft və su resursları naziri Musadik Malik ilə görüşdə iki ölkə arasında yüksək səviyyəli münasibətlərdən məmnunluq ifadə edilib. Xüsusilə, ikitərəfli əlaqələrin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində və enerji sahəsində müxtəlif əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsində, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin cari ilin iyul ayında Pakistana etdiyi dövlət səfərinin mühüm rolu vurğulanıb. Neft məhsullarının ticarəti, neft-qaz infrastrukturu layihələri üzrə Pakistan Dövlət Neft Şirkəti (PSO) ilə SOCAR arasında əməkdaşlıq imkanları dəyərləndirilib. İkitərəfli məsləhətləşmələrin sürətləndirilməsi qeyd olunub.

Bərpa olunan enerji sahəsində də əməkdaşlığa dair fikir mübadiləsi aparılıb. Pakistan COP29-un enerji təşəbbüslərinə qoşulmağa dəvət edilib.

Eyni zamanda "CESI SpA" şirkətinin Baş icraçı direktoru Nikola Melkiotti ilə görüşdə "Xəzər - Qara dəniz - Avropa Yaşıl Enerji Dəhlizi" layihəsinin texniki-iqtisadi əsaslandırmasının (TİƏ) cari vəziyyəti, tədqiqatın ilkin nəticələri dəyərləndirilib.

Həmçinin "Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında yaşıl enerji inkişafı və ötürülməsi layihəsinin" texniki-iqtisadi əsaslandırmasına məsləhətçi şirkət kimi cəlb olunmuş "CESI SpA" şirkətinin bu istiqamətdə fəaliyyəti ilə bağlı müzakirələr aparılıb. Layihəyə Bolqarıstanın qoşulması, Mərkəzi Asiya ölkələrindən bərpa olunan enerjinin bu dəhlizlə nəqli, infrastrukturun maliyyələşməsi və Avropa şirkətlərinin iştirakı məsələləri nəzərdən keçirilib.

Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib Energetika naziri COP29 tədbiri zamanı bir sıra görüşlər keçirib
Məqalədə: #COP29

Mövzu üzrə digər xəbərlər

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?
Biznes

İordaniyada biznes və investisiya üçün hansı imkanlar var?

13:00
Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu
Biznes

Səudiyyə Ərəbistanında həftəlik istehlak xərcləri 4,2 milyard dollar oldu

12 Sentyabr 22:47
"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi
Biznes

"S&P" Səudiyyə Ərəbistanının kredit reytinqini "A+" səviyyəsində təsdiqlədi

12 Sentyabr 13:13
Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür
Biznes

Körfəzdə elektron ticarət investisiyalarının 93 faizi Səudiyyə Ərəbistanının payına düşür

11 Sentyabr 13:23

Son Xəbərlər

İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
İraq İran sərhədi yaxınlığında PUA buraxılış qurğuları aşkarlayıb
18:03
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
Osmanlı salnamələrində Əmir Teymur - Qəddar hökmdar, yoxsa ilahi cəzanın vasitəçisi?
18:00
Piri Rəis kimdir?
Piri Rəis kimdir?
16:23
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
Dubayda “Məhəmməd bin Raşid Liderlik Medalı”nın ilk qalibi müəyyənləşib
15:55
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
Ombudsman Aparatının nümayəndələri Lahor şəhərində təcrübə mübadiləsi proqramında iştirak ediblər
15:22
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.