Bakı, AzerVoice
2024-cü ilin yanvar – noyabr aylarında Türkiyədən İrana elektrik avadanlıqları ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 24,5 faiz azalaraq, 110 milyon 463 min 97 dollara bərabər olub.
Bu barədə AzerVoice -a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
“Bu ilin noyabr ayında Türkiyə İrana 9 milyon 497 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 24,2 faiz artaraq ” – deyə nazirlikdən bildirilib.
Qeyd edək ki,2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin dünya bazarlarına elektrik avadanlıqları ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 3 faiz artaraq, 15 milyard 205 milyon 762 min dollara bərabər olub.
“Bu ilin noyabr ayında Türkiyə 1 milyard 455 milyon 476 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib ki, bu da keçən ilin noyabr ayı ilə müqayisədə 5,2 faiz çoxdur,” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (noyabr 2023 – noyabr 2024) Türkiyə 16 milyard 637 milyon 297 min dollar məbləğində elektrik avadanlıqları ixrac edib.