10 Sentyabr 2026
AZ AR
ArabAZ ArabAZ

ArabAZ

  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat
  • Cəmiyyət
  • ArabCars
  • Energetika
  • Kim-Kimdir?
  • Nədir
ArabAZ ArabAZ
AZ AR
  • Baş xəbər
  • Səudiyyə
  • BƏƏ
  • Qətər
  • Arab+
  • ArabAZ təhlil mərkəzi
  • Xəbər lenti
ArabAZ İqtisadiyyat
İqtisadiyyat

Türkiyənin Aliağa limanı 60 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 3 milyon 275 min 481 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 58 milyon 663 min 964 ton yük daşınıb.

12 Dekabr 2024 13:40
Türkiyənin Aliağa limanı 60 milyon tondan çox yük qəbul edib (ÖZƏL)

Bakı, AzerVoice

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyənin Aliağa limanı 61 milyon 939 min 445 ton yük qəbul edib.

Bu barədə AzerVoice-a Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.

Nazirlikdən verilən məlumata görə, Aliağa limanından Türkiyə bayrağı altında üzən 3 milyon 275 min 481 ton yük, digər ölkələrin bayraqları altında üzən gəmilərlə isə 58 milyon 663 min 964 ton yük daşınıb.

2024-cü ilin yanvar-noyabr aylarında Aliağa limanından 5 milyon 502 min 508 ton tranzit yük aşırılıb.

Qeyd edək ki, 2024-cü ilin noyabr ayında Türkiyə limanları 32 milyon 470 min 94 ton yük qəbul edib.

Bu dövr ərzində də Türkiyə bayrağı altında gəmilərlə daxili limanlara yük qəbulu 2 milyon 436 min 123 ton təşkil edib.

“Türkiyə limanlarına digər ölkələrin bayraqları altında gəmilərlə yük daşınması 30 milyon 33 min 971 ton olub”, – deyə nazirlikdən bildirilib.

Bununla yanaşı, 2024-cü ilin noyabr ayında Türkiyə limanlarından 5 milyon 956 min 963 ton transit yük daşınıb.

Nazirlikdən verilən məlumata görə, 2024-cü ilin yanvar- noyabr aylarında Türkiyə limanları 363 milyon 841 min 53 ton yük qəbul edib.

“Türkiyə bayrağı altında gəmilərlə yük qəbulu 27 milyon 488 min 32 ton təşkil edib. Digər ölkələrin bayraqları altında gəmilərlə isə Türkiyə limanlarına yükdaşımalar 336 milyon 353 min 21 ton təşkil edib”, – deyə məlumatda qeyd edilib.

Məlumatda bildirilib ki, 2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanlarından 63 milyon 524 min 718 ton transit yük daşınıb.

Qeyd edək ki, bu ilin noyabr ayında Türkiyə limanları 4 min 373 gəmi qəbul edib.

Məlumata görə, bu dövrdə Türkiyə limanlarına digər ölkələrin bayraqları altında qəbul edilən gəmilərin sayı 2 min 966, Türkiyə bayrağı altında qəbul edilən gəmilərin sayı isə min 407 olub.

2024-cü ilin yanvar-noyabr aylarında Türkiyə limanları 56 min 86 gəmi qəbul edib.

“Bu müddət ərzində Türkiyə limanları tərəfindən qəbul edilən digər ölkələrin bayraqları altında olan gəmilər 36 min 550, Türkiyə bayrağı altında olan gəmilər isə 19 min 536 olub”, – deyə nazirlikdən bildirilib.

Məqalədə: #Türkiyə limanları

Mövzu üzrə digər xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
Neft və qaz

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi

14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
Biznes

"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır

13:49
Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır
Biznes

Ankara ilə Ər-Riyad arasında birgə investisiyalar və texnologiya transferi ön plana çıxır

10:37
Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir
İqtisadiyyat

Qətərdə İslam bankçılığı rəqəmsallaşma və dayanıqlı maliyyənin inkişafı fonunda genişlənir

9 Sentyabr 12:34

Son Xəbərlər

İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
İraq Türkiyəyə "su qarşılığında neft" nəqlini azaltdı - Gündəlik limit 33 min barelə endirildi
14:02
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
"Qatar Airways"dən rekord sifariş - 138 yeni təyyarə alınır
13:49
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
Yaxın Şərqdə gərginliyə baxmayaraq, Səudiyyə sənaye iqtisadiyyatı dayanıqlılıq nümayiş etdirir
13:38
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
Prezident İlham Əliyev İƏT-in yeni Baş katibini təbrik edib
13:37
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
Taifdəki dəvə bir qaçışa milyonçu oldu
11:23
ArabAZ ArabAZ Reklam yeri Burada sizin reklamınız ola bilər Əlaqə saxlayın
ArabAZ ArabAZ

Səhifələr

  • Əlaqə
  • Haqqımızda
  • İstifadə şərtləri
  • Məxfilik siyasəti
  • Xəbər lenti

Kateqoriyalar

  • Baş xəbər
  • Şimali Afrika
  • Yaxın Şərq
  • Digər Dövlətlər
  • Türk Dövlətləri
  • İqtisadiyyat

Bizi izləyin

© 2026 ArabAZ. All Rights Reserved.